Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Mingəçevir şəhərində, mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb
PİA.AZ-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, müraciət nəticəsində Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə giriş qapısını bayır tərəfdən açaraq daxil olublar. Yanğınsöndürən-xilasedicilər mənzilə baxış keçirərkən 1950-ci il təvəllüdlü Eldar Məcid oğlu Vəliyevin cəsədini aşkarlayıb aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 15:21-da başa çatıb.
pia.az