Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mənim kimi qadın gəlməyəcək bir də...


Jalə Mütəllimova yazır


Biz bir az iblisik, bir az mələk, doğrudur. O üzdən qadınıq. Amma ya iblis, ya da mələk olsaydıq adım kimi əminəm dünya ancaq bir cinsdən ibarət olardı. Yəqin ki, kişilərdən. Çünki onlar ancaq ikisindən biri ola bilər. Ya iblis, ya da...
 
Yox mələk demək yaxşı düşməz... Ya da yaxşı kişi ola bilərdilər sadəcə. Və yeri gəlmişkən deyim ki, elə indi də dünya yaxşı kişilərdən xali deyil. Amma aralarında yaxşı donuna girən iblislər də yox deyil...
 
Qayıdım yenə iblisə və kişiyə... Etiraf eləsələr də, eləməsələr də ya iblis, ya da yaxşı kişilərdən ibarət olan dünya maraqsız olardı. Təsəvvür eləyin: Hara çıxsan iblis görərsən... Ya da hara çıxsan gördüyün ancaq kişilərdir... Yox, doğurdan maraqsızdır. Bir də iblislər dünyası gəldi ağlıma, çox vahiməlidir....
 
Ya da kişilərin dünyası... bu da qəribə gəldi... Bir ömür ya iblislik, ya kişilik eləmək müşkül işdir bir sözlə...O dünyada ki, iblisli-mələkli bir qadın olmaya, kimin nəyinə gərəkdir ora?!...
 
Qadın o obrazdır ki, həm kişiyə, həm də iblisə rahatdır onun yanı...
 
Və onu da deyim ki, yaxşı kişilərin qadınları daha çox mələklərə bənzəyər. İblis kişi isə mələk qadında özünün iblisini yaradan. O üzdən bütün iblis qadınlar nə zamansa mələk olanlardır bəlkə də... Və bəlkə də iblis qadınlar daha çox mələkdirlər əslində...
 
“Elə möcüzələr yaratmısan ki”... Kimsə baş açmaz Tanrım. Hər şeyi qarışıqdır bu dünyanın. İblisi mələyinə, mələyi iblisinə qarışıb. O üzdən təklifim var: Hər kişinin iblisli-mələkli, bir qadını yanı başında olsun həmişə. O qadında iblisimi, mələyimi götürsün?!...
Bax bunu kişilər özü seçsinlər qoy...
 
Bütün bunları Rəşad Məcidin sözlərinə Xumar Qədimovanın yazdığı və ifa elədiyi “Bir də gəlməyəcək mənim tək qadın” adlı mahnısını diləyəndən sonra düşündüm.
 
Tanıdığım, bildiyim insanlar arasında, “o qədər yaxşı mahnı deyil”, “o qızı musiqili şer oxuyur”, “sözləri Rəşadındı deyə mahnını sevmək olar” deyənlər də oldu. Amma məncə içində qadın varsa, bütün işlər gözəldir və sevilməyə layiqdir....
 
Və sonda, bu mahnıdan bir az da özümə pay götürürəm. Bilirsiniz niyə? Bir dəfə yazmışam bir də yazım, qoy bilməyənlər də bilsin. İyirmi ilə yaxın jurnalist fəaliyyətim müddətində bəlkə də Rəşad Məcid az sayda rəhbər redaktorlardan biri idi ki, mənim ona nədənsə xoş münasibətim yox idi. Ta ki, bir müddət əvvəl Lent.az saytında aparıcısı olduğum “İşdənkənar” rubrikasındakı söhbətimizə qədər...
 
İndi düşünürəm ki, əslində bəlkə də Rəşad Məcid məni o zamankı, yaşıma uyğun olmayan, amma yükləndiyim qayğılardan qoruyan beş-üç adamdan biri imiş. Mənim tikanlı saydığım “nollub buna, yenə üzü əyridi?”, “bunu işdən çıxarın getsin, bütün gün qaşqabaqlı gəzir”, “ay Qənimət bu nəsə bacarırmı ümumiyyətlə?”, “bu qədər qayğılı olmaq olar? Lap maraqsız adamlara oxşayırsan!..” kimi atmacalar deyib, sonra gülümsəməsi sadəcə bir qayğı, diqqət imiş...
 
Hə, qayğılar çox idi. Yəqin üzümdən də hiss olunurdu. Bunu sezib dəstək olmaq istəyən dosta kin saxlamaqsa pis, çox pis davranış idi. İndi belə düşünürəm. O üzdən üzrlü say usta. Yəqin mənim kimi qadın da gəlməyəcək bir də...(kulis.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar