Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mənim bəlalı məhəbbətim


İlham Tumas yazır


Bəri başdan deyim, yazı yazmaq fikrim yox idi. Dedim, bir status yazım, canım qurtarsın. Elə yenicə statusa başladım ki, elə bil yuxudan ayıldım. Ayə, sən deyildin, dünən bizim operator başı batmamış Xəqani Hüseynovu danlayan ki, ay bala, statuslarla özünü xərcləmə, yazı yaz? Hə, yaxşı vaxtında xatırladım. Bundan sonra bir cümlədən artıq yazı yazsam, söz verirəm, status olmayacaq. Balam, facebook nə vaxtdan mətbuat oldu ki?.. Nəsə, keçirəm mətləbə.

Deməli, illər əvvəl - stadionları doldurmaq üçün meydanlara lotereya ilə "Zapı"ların qoyulduğu vaxtlarda futboldan necə iyrəndimsə, ondan bəri futbola baxmırdım. And olsun inandığınıza, Azərbaycanda futbolla az-çox maraqlanan uşaqların belə tanıdığı məşhur ulduzların adlarından da xəbərim yoxdu. Bir dəfə başıma üstündə “Barselona” sözü yazılmış beysbolka qoymuşdum. Dostlardan biri soruşdu ki, mən ölüm, heç olmasa “Barsa”nın bircə oyunçusunun adını çəkə bilərsən? Vallah, bilmədim. Mənim bildiklərim, tanıdıqlarım, oyunlarına baxdıqlarım Əhmədovdu, Cavadovdu, Jidkovdu, Dasayevdi, Şenqeliya, Qabeliya, nə bilim, Belanov, Mostavoy-zaddı. Ancaq son günlər futbola ciddi şəkildə yenidən baxmağa və futbolu yenidən sevməyə başlamışam. Özü də söhbət təkcə Qarabağın ÇL-də oynamağından getmir. Məsələn, son 2 həftədə həm Fransa, həm İtaliya, həm də  Almaniya çempionatından xeyli oyunlara baxmışam. Futboldan o qədər bixəbərəm ki, inanın, indicə “Fransa, İtaliya, Almaniya çempionatları” yazanda da bərayi-ehtiyat İxtiyar Əsgərova zəng elədim, soruşam ki, qağa, baxdığım oyunlar nə oyunlardı, birdən Avropa, dünya çempionatı-zadı başlayar, xəbərim olmaz. İxtiyar da telefonu götürmədi, elə belə də yazdım getdi, yanlışlıq varsa, üzrlü sayın.

Əlqərəz, bəndeyi-həqirinizin futbol savadı belə ciddi şəkildə zədələnmiş və geridəqalmış vəziyyətdədir. Ancaq bu gün səhər-səhər yenə də futbola baxdım. Səhər tezdən Dortmund-Şalke (Allah Nəsimi Nəbizadənin atasına rəhmət eləsin, “Şalke”ni də zenit qurğusu adı kimi “Şilka” yazacaqdım, nə yaxşı soruşdum) oyununa baxdım. Bildim ki, təkrardı, ancaq canlı olan vaxt baxmadığımdan elə bil maraqlı tamaşa izləyirdim. Adamın üstündə Allah var, oyun da oyun oldu ha... Daha orasını bilmirəm, hansısa hansınısa birinci “taym”da 4-0 udurdu, ikinci taymda o biri gəldi o birinə 4 dənə qol vurdu hesab oldu 4-4. İndi deyəcəksiniz, bu “sıfatda” futbola baxmaqdansa, baxmamaq məsləhətdi. Yox, elə deyil, mənim kimi yaşı ötmüş, “qırxında öyrənməyin sonu” misalını bilən adamın futbola belə minnətdar olmağının səbəbi var. Nəsimi Nəbizadə demişkən, biri var qoyhaqoy, biri də var qolhaqol. Şəxsən ikincini seçirəm...

Təxminən 1 aydı evdə ancaq Azərbaycan televiziyalarına baxıram. Yuxudan duran kimi istəyirəm qulağım xəbər, gözüm xoş bir şey görsün, ya da dünyada baş verənlərdən agah olum. Ancaq hər yerdə, cəmi kanallarda eyni şeyi eşidirəm, eyni şeyi görürəm: oxuma, çalma, oynama, ad günü, qorxulu personajları ilə əndrəbadi cizgi filmləri, əlqərəz qoyhaqoy...

Ona görə də ən çox sevdiyim kanal “İdman Azərbaycan”,dı, “İdman Azərbaycan”! Bax, orda qolhaqoldu! Orda çalışanlar mənim üçün “futbolofobiya”ya tutulmuş insanları müalicə edən ən yaxşı futbol biliciləridir ki, mənim kimi manyaka futbolu sevdirirlər.

O ki qaldı digər yerli televiziyalara, orada çalışanlara da eşq olsun! Dünyanın ən yaxşı “televiziyonşikləridi”. Onlara eşq olsun ki, mənim kimi futbola yovuşmaz, ən uzağı Peledən, ən yaxını Ronaldodan, Messidən başqa futbolçu tanımayan birisini “İdman Azərbaycan”a baxmağa vadar edirlər. Ki, o da sonunda futbol kimi gözəl, kollektiv bir oyunu artıq sevməyə başlayıb...

P.S. Sonda etiraf edim ki, özümə bələdəm, futbol sevgim çox çəkməyəcək. Gərək gedəm xarici telekanallara baxmaq üçün televizorumun böyrünə dürtdüyüm kartın balansını artırım...(lent.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar