Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mənə dərman içirdən kişi

Qəşəm Nəcəfzadə yazır


Dəli –dolu  bir dostum vardı, gözəl insan, gözəl ədəbiyyat adamı idi. “İçərişəhər” metrostansiyasının yaxınlığında  rəssamlıq emalatxanası üçün yer kirayələmişdi. Nə vaxt darıxırdım, getdirdim yanına, uzun-uzadı söhbətlərimiz olurdu, nəticədə gəlib çıxırdıq baş ağrılarına. Baş ağrısının  səbəbi və müalicəsi mövzusunda  mənə dəyərli məsləhətlər verirdi.
 
Dostumun bir şeirlər kitabı çıxmışdı, kiçik  bir ön söz yazmışdım kitaba. Söhbət əsnasında dedim ki, başım  bərk ağrıyırdı deyə uzun yazmadım, yoxsa şeirlərin məni çəkib aparırdı dünyanın o başına. Dostum o qədər təsirləndi ki, dedi, nəyin bahasına olur-olsun mən sənin başının ağrısını kəsməliyəm. İçkinin  baş ağrısına xeyrindən başladı, keçdi idmana, ordan Neftçilər xəstaxanasına, səhər-səhər bulvardan  piyada gəzməyə, masaja, nəticədə gəlib dayandı  düz namazın üstündə. Dedi, ibadət elə, namaz qıl, başının ağrısı keçəcək. Dedim, hamısını eləmişəm, bu baş ağrısının  əlacı yoxdur. Dostum yenə barmaqlarını söykədi dodaqlarının ucuna, başladı  başıma əlac fikirləşməyə.
 
Dostum əlac tapmağında olsun, baş ağrısının başıma gətirdiyi bir oyundan danışım. Rayonda yaşadığım vaxtlardı. Bir molla dostum var, vaxtı ilə yaxşı “vuran” olub, indi keçib ibadətə. Orta məktəbdə səkkizinci sinfə kimi bir yerdə oxumuşuq. Sonra o “səkkizdən”  gedib peşə məktəbinə, çilingərlik oxuyub.  İndi  hər görüşəndə ilk sözü bu olur ki, yadındadır, sən riyaziyyatı məndən köçürürdün?! Mən yazığın bəxti belədir;  gənclik illərində  kimlə salam-kəlam   kəsmişəmsə,  görən kimi deyir, yadındadı sənin şeirinin axırıncı bəndinin qafiyəsini mən düzəltmişdim?! Biri deyir ki, yadındadı, kənddən rayona piyada gəlirdin, mən səni maşına götürdüm?! Biri deyir, sənin ədəbiyyat kitabın yox idi, mən tapıb  verdim, sən də oxuyub şair oldun. Bütün bunlar ona görədir ki, mən bir az tanınıram deyə  guya üstümdə hamının haqqı var. Guya mən də bu haqqı  unutmuşam.  Geçək molla dostuma.  Görüşlərimizin birində dedim, evə tez getməliyəm, başım bərk ağrıyır. Dedi, başının dərmanı məndə. Bu saat dua yazım, apar yarım litr suya qat, gündə səhərlər üç qurtum iç.
 
Ağrı o qədər güclü idi ki, əlacım kəsildi, ömür boyu inanmadığım bir şeyə  razı oldum. Duanı gətirdim evə.  Yarım litr suyun içinə atdım, səhərlər başladım acqarına  üç qurtum içməyə.
 
Uşaqlarım balaca idi, Kəramətin 4, Sevincin 3 yaşı olardı. Yaşadığımız bina evinin həyətində qonşularla şirin-şirin söhbət edirdik. Yoldaşım da burda idi.  Duadan-zaddan söz düşmüşdü. Duanın, cadunun əleyhinə sərt  danışırdım. Elə bu vaxt  Sevinc evimizin eyvanından uca səslə qışqırdı.
- Ay mama, Kəramət atanın duasının suyundan içdi.
 
Bu, başımın ağrısından  daha güclü  ağrı idi.
 
Gələk rəssam  dostumun yanına.  Dostum cəld əlini dodaqlarından götürüb dedi:
 
- Sənə bir dərman versəm, heç kimə deməzsən?  Dedim ki, arxayın ol.
O natəmiz  bir yerdən; həşaratların, siçovulların  yuva qurduğu toz-torpaq basmış rəsm əsərlərinin altından  üç kiloqramlıq  bir banka çıxartdı.  Dedi ki, hələlik üç qaşıq iç. Amma heç kəsə demə ki, bu dərmanı mən sənə vermişəm.
 
Nə qədər elədim, dərmanın  adını demədi. Zorla həmin bankadan mənə üç qaşıq içirtdi. Sonra başladı dərman haqqında danışmağa: 10 ildir ki, bu dərmandan  içirəm. Görürsən ki, dəf kimiyəm. İndi sənə bir litr verəcəyəm.  Apar evə. Birdən 3 qaşıqdan artıq içərsən ha...  Yalnız üç qaşıq.  Çox içsən,  o saat öldürər. Gördün ki,   normadan bir az artıq içmisən, barmağını sal xirtəyinə, qaytar. Yoxsa  o dünyalıq olarsan.  Gördün, mümkin deyil, təcili yardım çağır, mədəni yusunlar, sistem qoysunlar.
 
Dostum danışdıqca başladı ürəyim bulanmağa. Dizlərim tirədi. Dostumu iki görməyə başladım. Dedim ki, özümü pis hiss edirəm, məni həkimə çatdır. Dedi ki, bacarırsan qaytar, yəqin, bir-iki damcı çox olub.
 
Çölə çıxıb  taksiyə əyləşəndə  dostum bərk-bərk tapşırdı ki, dərmanın  mən verdiyimi heç kimə  demə. Dedim, heç olmasa adını de. Dedi, deyə bilmərəm.
 
Çatdım təcili yardıma. Həkimlərin ilk soruşduğu bu oldu ki, nə dərmanı içmisən? Dedim, bilmirəm. Həkimlər  məni Semaşka xəstəxanasına apardılar. Mədəmi yudular. Sistem qoşdular. Özümə gəldim. Səhəri gün  dostum yanıma gəldi, soruşdu  ki, dərmanı mən verdiyimi  heç kəsə demədin ki?
- Yox, dedim.
- Başın ağrıyır?
Ağrısa da “yox” - dedim.
Sonralar  nə qədər elədim, dostum mənə içirdiyi dərmanın adını demədi. Mən də bir daha  başımın ağrıdığını heç kəsə deməyəcəyimə  and içdim. Çünki baş ağrısının ağrısı daha dəhşətli imiş...(kulis)
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar