Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mən niyə uşaq şeirləri yazdım?


Kənddə yaşadığım vaxtlarda qonşumuzdakı uşaqların oyuncaqları yox idi. Ayaqları ilə tozlu yolların üstündən ayrı bir yol çəkirdilər. Vedrə, balta, dəhrə ilə oynayırdılar


Bir  dəfə uşaqların  birinin əmisi şəhərdən gələndə oyuncaq alıb gətirdi: tək qız kuklası.  Oğlan kuklanı oynadırdı.  Uşaqlar ona gülmürdülər. Çünki çox şeylərdən xəbərsizdilər.
 
O biri uşaqlar  kuklası olan  uşağa həsrətlə baxırdılar. Uşaqların acığına o uşaq kuklanı  aparıb o biri uşaqların əlinə toxundururdu.  Elə bil, uşaqların həsrətini daha da artırırdı.
 
Onda mən oyuncağı olmayan uşaqların hamısına şeir yazdım.  Hətta adları ilə. Hər gün onlar  atılıb düşə-düşə öz şeirlərini deyirdilər. Kuklası olan uşaq da onlara həsrətlə baxırdı.  Hərdən uşaqların birinin şeirini deyirdi. Şeir öz ad ilə deyildi  deyə, utanırdı.  Bilirdi ki, ona yazılmayıb.  Sonra o uşağa da şeir yazdım. Beləliklə, mənim artıq 15  uşaq şeirim hazır idi.
 
1985-ci  ildə “Gənclik” nəşriyyatının  direktoru yazıçı Əzizə Əhmədovanın  yanına gəldim. Böyüklər üçün şeirlərimi kitab halında çap etdirmək arzumu bildirdim.  Əzizə xanım dedi ki, nəşriyyatımız  böyüklər üçün yox, uşaqlar üçün kitablar nəşr edir. Qayıtdım kəndə, həmin uşaqların yanına. Uşaqlar şeirlərimi hələ də ucadan oxuyurdular.
 
Uşaqlara ikinci dəfə şeir yazdım. Hər uşağa iki şeir. Başqa məhəllədən də gələnlər olurdu. Uşaqlar  məndən şeir istəyirdilər. Bir az  şeiri gecikdiyinə görə bir qız uşağı  evlərinə ağlaya-ağlaya getmişdi. Sonra anası qızının  qolundan tutub gətirdi ki, müəllim, mənim qızıma da şeir yaz.  Sizin şeirdən ötrü ağlayır.
 
Şeirlərim məktəbə, hətta qonşu kəndlərin məktəblərinə qədər gedib çıxmışdı. Müəllimlər sinifdən xaric oxu kimi mənim şeirlərimdən  istifadə edirdilər. Bəlkə də, kitabım çap olunsaydı, heç bu qədər yayılmazdı.
 
Sonra həmin şeirlər “Gənclik” nəşriyyatında çap olundu. Həmin kitabın qonorarı ilə rayonda  3 otaqlı mənzil aldım. Kəndimizin kitabdan xəbəri yox idi. Amma şeirlərimi  kəndin bütün uşaqları əzbər deyirdi. Məktəbimiz və qonşu kəndlərin məktəbləri  əlifba bayramında  mənim şeirlərimdən istifadə edirdilər. Deyirdilər ki, şeirlərimin ikisi-üçü gedib Bakı məktəblərinə çıxıb. Sonra dərslikərə qədər ayaq açdı şeirlərim.
 
Dastanlarda deyildiyi kimi, ozan  dili yüyrək olar.  Qonşumuzdakı həmin  on  uşağın ayağı sayalı oldu. Onlara yazdığım şeirləri məni haralara aparmadı?! Uşaq mahnılarına, dərsliklərinə qədər aparıb  çıxardı. Mənə üç otaqlı mənzil verdi. Türkiyədə  həmin şeirlər çap olundu. Yazıçı Zahid Xəlil, Tofiq Mahmud  şeirlərim  haqqında  məqalə yazdılar. Sonralar uşaq şeirlərimə görə  Tofiq Mahmud mükafatına layiq görüldüm.  Bu şeirlərə görə Azərbaycan Yazıçılar Birliyində Uşaq Ədəbiyyatı şöbəsinin müdiri oldum. Azərbaycan  televiziyası  “Çıraq” verilişinin bir sayını  mənim  uşaq şeirlərimə həsr etdi. Veriliş Bakının 189 saylı  məktəbində çəkilirdi. Verilişin  müəllifi  tanınmış uşaq yazıçısı , professor Zahid Xəlil, qonağı mən, iştirakçılar 5-ci sinif şagirdləri idi. Uşaqlar şeirlərimi deyirdilər. O şeirləri ki, onları kənddə oyuncaqları olmayan uşaqlara yazmışdım. Sinifdə o adda uşaqlar da vardı. Şeirləri eyni ilə kənddəki  uşaqlar kimi deyirdilər. Qəribə hisslər keçirirdim.
 
Ötənlərdə isə həmin on  uşağın şeirlərinə görə  Azərbaycan  Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” mükafatını aldım. Həmin  oyuncağı olmayan on  uşağı düşündüm. İndi onların çoxu baba və nənədir. İstəyirəm  aldığım mükafatın pulundan onlara  oyuncaq alıb aparım. Elə-belə -sevinmək üçün.
  
Qəşəm Nəcəfzadə(kulis)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar