Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mən bir tozam, azadam göy üzündə...


Şeirlər vardır, yazıldığı gündən dillərə, könüllərə düşən... İllər ötüb keçsə də yaddaşın bir küncündə, dilin ucunda qalan...İnsan yaşa dolsa da heç zaman qocalmayan, hər zaman öz estetik təravətini saxlayan, vəsf etdiyi duyğular qədər təmiz, saf və əbədi olan şeirlər...


Ramiz Rövşən: "Toz"
 
Mən bir tozam
Göy üzündə
hərlənən bir tozam mən,
Göydən-yerə
Boylanan bir gözəm mən.
Mən bir gözəm
Kirpiyim yox, qaşım yox,
Mən bir gözəm,
Ayağım yox, başım yox.
 
Həsəd çəkib
İnsanına, heyvanına, quşuna,
Hərlənirəm bu dünyanın başına.
Bir nəhəng toz dənəsitək
Bu dünya da hərlənir
Min-min ulduz içində,
Bu dünyanın içi tozdu,
Bu dünya toz içində,
Aşağı da, yuxarı da
Tozdu, toz,
Bu dünyanın
əvvəli də,
axırı da
tozdu, toz.
 
Mən bir tozam, -
kim nə bilir, axı hardan qopmuşam,
Ya əvvəldən,
ya axırdan qopmuşam,
Yorulmuşam toz olmaqdan, ilahi,
Bədənsiz, cansız olmaqdan, ilahi.
 
Mən bir qadın bətninə yığılmaq istəyirəm
Bu dünyada
İnsan kimi doğulmaq istəyirəm.
Özümə can istəyirəm ətdən-sümükdən
Göz yaşından,
tərdən,
qandan,
ilikdən.
 
Mən bir tozam, azadam göy üzündə,
Nə olsun ki,
Azad deyil bir adam yer üzündə,
Sən bu cansız azadlığı
Gəl, məndən al, ilahi,
Tez ol məni qəfəsə sal, ilahi!
Nəfəssizəm –
Tez ol, mənə nəfəs ver,
Nəfəsimə
bədən adlı qəfəs ver,
Mənə səs ver, -
Səsə qəfəs ağız ver.
Mənə söz ver –
Sözə qəfəs kağız ver!..(kulis)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar