Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məmur övladlarının saçları qırxılıb, əllərinə süpürgə verilib- Şok iddia


Ölkə prezidenti cənab İlham Əliyevin keçirdiyi müşavirələrdə üzünü məmur korpusuna tutaraq, onların özlərini və övladlarını harın, qudurğan həyat tərzi sürməkdən çəkinmək çağırışıları artıq öz bəhrəsini verməkdədir


Bu çağırışdan irəli gələn vəzifələrin yerinə yetirilməsi uzun illərdr paytaxt sakinlərinin canını boğaza yığmış avtoxuliqanlara və sərxoş sürücülərə qarşı mübarizənin təşkilində də artıq lazımi effekt göstərməyə başlayıb. 

Təkcə son üç ay ərzində Bakı Şəhər Dövlət Yol Polisi (BŞDYP) xəttiylə 3048 nəfər sərxoş sürücü, eləcə də 195 nəfər avtoxuliqan saxlanılaraq, barələrində ölçü götürülüb. İşin ən maraqlı tərəfi odur ki, ilkin araşdırmalarda qanunvericiliyin tələblərini kobud şəkildə pozan sürücülərin əksəriyyətinin məmur və biznesmen övladaları və ya onların yaxın qohum-əqrabasının olduğu üzə çıxıb.

Mənbənin bildirdiyinə görə, BDYP xəttiylə xüsusən gecələr keçirilən reydlər zamanı sürücülərin təkcə spirltli içkilər deyil, eyni zamanda bəzilərinin müxtəlif dozalarda narkotik və psixotrop maddələrdən də istifadə etməklə sükan arxasına əyləşdikləri və Bakı küçələrini "avtoş meydançası”na çevirdikləri aşkarlanıb.

Mənbənin dediyinə görə, barələrində müxtəlif tədbirlər görülən bu məmur və biznesmen balalarını azğınlıqdan çəkindirmək üçün son aylarda polis maraqlı bir cəza növü də tətbiq etməyə başlayıb: 20-30 sutkalığına müvəqqəti saxlama təcridxanalarına aparılan bu "gül balalar”ın, daxili təlimata uyğun olaraq, saçları dibdən qırxılır və əllərinə də süpürgə verilərək, döşəmə və dəhlizləri təmizlətdirirlər...(strateq.az)



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar