Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məmur oğlu Munis Məmmədovdan inanılmaz cinayət - İlginc olay


Ölkə başçısı İlham Əliyevin məmur övladlarının yaramaz, hüquqazidd əməlləri barədə çıxışlarına, onlara irad tutmasına baxmayaraq, bəzi məmur övladları hələ də qudurğanlıq etməkdə, valideynləri isə onların əməllərini pərdələməkdə davam edir


Prezident İlham Əliyevin 27 fevral 2014-cü ildə keçirdiyi müşavirədə dediklərini bir daha xatırladaq:
 
"Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Kim onlara bu statusu verib? Onların güvəndiyi adamları  mən təyin etmişəm, vəzifədən mən də çıxaracağam. Əgər bir də bilsəm ki, kiminsə ailə üzvü hardasa xuliqanlıq edir, özünü apara bilmir, o adam həbs ediləcək, atası isə işdən qovulacaq". 
 
Təəssüf ki, ölkə başçısının göstəriş və tapşırıqlarının yerinə yetirilməsinin qarantı olan hüquq-mühafizə orqanları  bütün bu işlərin həyata keçməsində yaxından iştirak edərək proseslərin əsas iştirakçısına çevrilirlər. Təbii ki, bütün bunlar çox böyük rüşvət və hədiyyələr müqabilində baş verir. Əlbəttə ki, cəmiyyətdə də belə hadisələr böyük nifrət hissiylə qarşılanır.
 
İndi haqqında bəhs etdiyimiz hadisə Hollivudun "boyevik" filmlərindən götürülməyib və Afrikanın qəbilə-tayfa münasibətlərinin hökm sürdüyü cəngəlliklərində baş verməyib. Bu hadisə elə Azərbaycanda bir məmur övladı tərəfindən törədilib.
 
Ölkə başçısının tapşırıq və göstərişlərinə məhəl qoymayan bu özündənrazı dövlət məmuru, Səhiyyə Nazirliyi Səbayel rayon Məhkəmə Tibbi Ekspertiza idarəsinin rəisi Məcid Kərəm oğlu Məmmədovdur. Onun oğlu Munis Məcid oğlu Məmmədov 26 noyabr 2013-cü ildə gecə saat 2 radələrində Beyləqan rayonu Bünyadlı kəndində dostlarıyla yeyib-içən zaman kənddə yaşayan "X" adlı xanımı kənddən çıxarmaq qərarına gəliblər. Munis Məmmədov həmin xanımın yaşadığı həyətə gələrək xanımın əri "N"-ni çağırıb və onu təhqir edib. Onun ailəsi və xanımı haqqında təhqiramiz ifadələr işlədəndən sonra evə hücum çəkmək istəyəndə heç nədən xəbəri olmayan evin kişisi onun qabağını kəsərək nə baş verdiyini soruşub. Munis Məmmədov daha da aqressivləşərək ona mane olmaq istəyən kişini təpik və yumruqla döyərək yerə yıxıb və onun bir neçə qabırğasını sındırıb. Bu zaman köməyə gələn xanımı da kobud küçə söyüşləriylə təhqir edərək onu da döyüb. Dəhşətlisi odur ki, bundan ürəyi soyumayan Munis Məmmədov valideynlərinin döyülməsini ağlayaraq görən evin iki azyaşlı uşaqlarına da hücum edib. Uşaqlar qaçaraq evə girib qapını bağlayıblar. Belə olanda Munis Məmmədov qapını sındıraraq evə girib və  rəhm etmədən uşaqları da validenlərinin gözü qarşısında döyüb, yerə yıxıb sürüyüb və təhqir edib.
 
Bu olay Munis Məmmədovun həyatında ilk hadisə deyil. O, 2011-ci ildə Ağsu Məhkəməsinin hökmüylə 2 il müddətinə dövlət işlərində işləmək hüququndan məhrumetmə və 1000 manat miqdarında cərimə cəzasına məhkum edilib. Həmin vaxt Munis Məmmədov Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə təqsirli bilinib. Həmin vaxt Munis Məmmədov Ağsuda torpaq şöbəsinin müdiri olub. Atası Məcid Məmmədov öz gücündən istifadə edərək oğlunun layiq olduğu cəzanı almasına mane olub. İki nəfəri və azyaşlı uşaqları döyüb onlara xəsarət yetirən şəxs barəsində Cinayət Məcəlləsinin 157.2-ci (mənzil toxunulmazlığını zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsilə pozmaq) maddəsilə cinayət işi başlanıb. Beyləqan Rayon Məhkəməsi və Şirvan Apellyasiya Məhkəməsi Munis Məmmədovu bu maddə təqsirli bilsə də, ona yüngül cəza verib. Məmur oğlu 1 il 6 ay islah işləri cəzasına məhkum edilib. Özü də bu hadisə Munis Məmmədovun birinci məhkumluğunu ödəmədiyi dövrdə baş verib.
 
Baş Prokurorluq məhkəmənin hökmündən protest verib. Dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Ədalət Əzimov protesti Munis Məmmədovun cinayəti qəsdən, xüsusi qəddarlıqla, həm də birinci məhkumuluğu ödəmədiyi dövrdə törətməsilə əsaslandırıb.
 
"Munis Məmmədovun cinayətkar əməlləri gecə vaxtı, çəkicdən istifadə edərək evin qapılarını sındırmaqla, ailənin bütün üzvlərinə fiziki zor tətbiq edib onlara bədən xəsarəti yetirməklə müşahidə olunan daha ictimai təhlükəli hərəkətlərdən ibarət olmuşdur.
 
Həmçinin Munis Məmmədovun cinayətin ictimai təhlükəliliyini  artıran göstərilən hallardan başqa onun alkoqol sərxoşluğu vəziyyətində olmaqla bunun təsiri altında cinayəti törətməsinə hüquqi qiymət verməmişlər", - deyə protestdə qeyd olunur.
 
İyulun 8-də Ali Məhkəmədə kassasiya protestinə baxılacaq. Görəsən, bu dəfə ədalətli qərar veriləcəkmi, yoxsa Munis Məmmədovun məmur atasının gücü yenə də ədalətin ayaqlar altına atılmasına səbəb olacaq?(İstiqlal.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar