Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məmmədyarov Macarıstan parlamentinin rəsmi şəxsləri ilə görüşüb


Azərbaycanın Aİ ilə əlaqələrinin inkişafı istiqamətində Macarıstanın dost və tərəfdaş dövlət kimi göstərdiyi dəstək təqdir olunub


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Macarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin Milli Asambleyasının sədr müavini Janos Latorcai və Xarici Əlaqələr üzrə Komitəsinin sədri Zsolt Nemeth ilə görüşüb.

Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan və Macarıstan arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşımasından məmnunluq ifadə olunub. Azərbaycan və macar xalqları arasında dostluğun dərin tarixi köklərə malik olduğu vurğulanıb.

Tərəflər ölkələrimiz arasında əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rol oynadığını diqqətə çəkərək bu xüsusda Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana gözlənilən səfərinin ikitərəfli əməkdaşlığın inkişafına ciddi təkan verəcəyinə əminlik ifadə ediblər.

Həmçinin, Azərbaycan və Macarıstan arasında strateji tərəfdaşlıq əlaqələrinin inkişafında parlament diplomatiyasının xüsusi rola malik olduğu qeyd olundu və bu məqsədlə parlamentlərarası dostluq qrupları arasında mütəmadi səfər mübadilələri və görüşlərin keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Azərbaycan və Macarıstanın beynəlxalq gündəlikdə duran məsələlərə münasibətdə mövqeyinin üst-üstə düşməsi təqdirəlayiq hal kimi qiymətləndirib.

İki ölkə arasında nəqliyyat, enerji, turizm, təhsil, kənd-təsərrüfatı, əczaçılıq və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün biznes dairələri arasında əlaqələrin təşviq edilməsinin vacibliyi qeyd olunub.
Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə əlaqələrinin inkişafı istiqamətində Macarıstanın dost və tərəfdaş dövlət kimi göstərdiyi dəstəyi təqdir edilib.

Görüş əsnasında Elmar Məmmədyarov Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun ağır nəticələri və münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında həmsöhbətlərə məlumat verib. Nazir Macarıstanın Azərbaycanın ədalətli və haqlı mövqeyini və münaqişənin ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllini dəstəkləməsinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar