Xarici işlər naziri Elmar Məmmədyarov Belçikaya işgüzar səfərə yola düşüb
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, nazir Elmar Məmmədyarov 14 may tarixində Yaxın Şərqdə etnik və dini zorakılığın qurbanları mövzusunda keçiriləcək 3-cü beynəlxalq nazirlər konfransında iştirak etmək məqsədilə Brüsseldədir.
Səfər çərçivəsində nazir Elmar Məmmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.
pia.az