Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məmmədovlara qarşı etirazlar başladı

İşçilər pullarını tələb edir


Nazirin ailəsinə  məxsus «Qarant Holdinq»in 66 nəfər işçisi 3 aydır ki, maaş üzünə həsrətdir

“Qarant Holdinq”in 66 nəfər işçisi 3 aydır maaşlarını ala bilmir. Onlardan təxminən 30 nəfər holdinqdə aylıq 400 manat maaşla mühafizəçi işləyiblər. Işçilər Meydan TV-yə deyib ki, son aylarda şirkətdə ixtisarlar gedib, indi də hər gün onları get-gələ salıb maaşların vermirlər: “Maaş üç aydır ki, verilmir. Kasıb uşaqlarıq, əziyyətlə işləmişik maaşımızı vermirlər. Biz də istəyirik ki, gətirib bizim maaşlarımızı versinlər. Heç olmasa, gedib problemlərimizi həll edək. Bank borcu olan var, eləsi var evində çörək yoxdur yeməyə. Hər kəsin yüz problemi var”.

İşçilər bildirib ki, şirkət onlarla əmək müqaviləsi də bağlamayıb.

Qeyd edək ki, “Qarant Holdinq” nəqliyyat naziri Ziya Məmmədovun ailəsinə  məxsusdur. “Azadlıq” bir neçə gün əvvəl məlumat yaymışdı ki, şirkətə rəhbərliyi həyata keçirin nazirin oğlu Anar Məmmədov Azərbaycanı tərk edərək ailəsilə birgə Ingəltərəyə köçüb. Məlumatda deyilirdi ki, o “Qarant Holdinq”in rəhbərliyindən də istefa verib. Hazırda şirkətə Ziya Məmmədovun qardaşı oğlanlarından biri rəhbərlik edir. Həmçinin deyilirdi ki, “Qarant Holdinq”də böhran hökm sürür. Işçilər aylardır ki, maaş almır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar