Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məmməd İsmayıldan Rəşad Məcidə və Aqil Abbasa ağır cavab


“Rus təyyarəsinin düşürülməsi ilə bağlı Azərbaycandan verilən reaksiyalara, daha doğrusu, qaldırılan tozanağa baxdıqca, bu barədə oxuduqca həm həyrətlənir, həm də... təəssüf hissi kəçirirsən. Təəccüblüsü odur ki, Rusyanın yanında o adamlar yer alır, fikir bildirir, onların çoxu rusların birbaşa müdaxiləsi və dəstəyi ilə ermənilər tərəfindən işğal və talan edilmiş Qarabağ bölgəsindəndir”


Bunu Türkiyənin hava sərhədlərini pozan rus təyyarəsinin vurulması ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və tanınmış yazıçı, millət vəkili Aqil Abbasın fikirlərinə münasibət bildirən görkəmli şairimiz Məmməd İsmayıl deyib.

Xatırladaq ki, R.Məcid və A.Abbas məlum hadisə ilə bağlı Türkiyənin Rusiyadan üzr istəməli olduğunu bildirib. Onların bu fikirləri cəmiyyətdə ciddi atirazlarla qarşılanıb. 

Hazırda siyasi səbəblərdən Türkiyədə yaşayan və çalışan M.İsmayıl Qaynar.info-ya açıqlamasında qardaş ölkənin Rusiyadan üzr istəməsini təklif edənlərin sıradan adamlar olmamasını və cəmiyyətdə bəlirli mövqe daşıdıqlarını önə çəkərək deyib: “Gör Azərbaycan toplumunu nə günə salıblar ki, onun fikir iqlimini bircə iqtidara yarınmalarından başqa heç nəyi ilə fərqlənməyən adamlar bəlirləyirlər… Bu, gerçəkdən də yobazlaşmanın, cılızlaşmanın zirvə nöqtəsidir!!! Belə adamlar ququq quşuna bənzəyirlər. Bilirsiniz ki, ququqlar dünyanın ən təhlükəli quşudur. Onlar sağsağan və ya qarğa yuvasının ətrafında dönüb dolanır, ana quş yuvasından çıxdımı onu  yerinə qonub yuvadakı yumurtalardan birini yerə atır, həmin yumurtanın yerinə isə öz yumurtasına qoyar. Bütün bunlardan xəbərsiz ana quş aylarla yumurtaların üstünə yatır, cücələrinin çıxmasını gözləyir. Ququq quşunun yad yuvasındakı yavrusu digər yavrulardan tez qabığından çıxır, çıxan kimi də ana quşun yumurtadan çıxmağa çalışan yavrularını yerə atmağa başlayır. Bütün olub bitənlərdən xəbərsiz ana quş isə ququq quşu yavrusunu qanadlanıb uçana qədər bəsləyir. Bəs ququq quşu bunun qarşılığında nə edir? Başlayır yumurtadan çıxdığı yuvanı belə dağıtmağa! Bir məmləkətdə ki, düşünən başlar ya xaricə çıxmağa zorlanır, ya cəza evlərinə atılır, ya da öldürülürlər, belədə onların haqlı yer və mövqelərini də qaranlıqdan bəhrələnən yarasalar, göstəbəklər, ya da məhz yuxarıda haqlarında danışdığım ququq quşları alır. Bu adamlar heç zaman özləri olmurlar, onların yaradılış məramı güclüllərin yanında yer almaq, şərin dəyirmanına su tökməkdir. Onlar üçün milli mənafe deyilən bir şey yoxdur, ”Mən salim olum, cümlə-cəhan batsa da batsın” düşüncəsi həyatlarının gizli devizidir”.

M.İsmayıl əlavə edib ki, belə adamlar çox yerdə özlərinin bəd sifət və niyyətlərini gizləyə bilsələr də, cansız foto-makinasının tək gözündən yayınıb içlərindən üzlərinə vuran eybəcər sifətlərini gizləyə bilmirlər: “İnternet saytları bu naqislərin fikirlərini yayınlayarkən ya bilməyərək, ya da qəsdən bu adamların elə şəklini paylaşırlar ki, ağlı başından olan sayıq oxucu həmin sifətlərin sahiblərinin içlərinin xəyanət yuvası olduğuna şübhə edə bilməz”.

“Biz bu qədərmi yaddaşı zəif millətik? Mən Razin, Pyotr dönəmlərini, ya da 1813 və1828-ci illərdəki parçalanma zülümlərini, 70 illik Sovet hakimiyyəti dövründə millətlər yarışında aşağılanmağımızı, bir sözlə, əski tarxi tarixi faktları bir kənara qoyuram. Bəs yeni tarix, bəs 1990 Bakı qırğınını, Xocalı soyqırımını kimin ayağına yazaq? Rusiyanı idarə edənlər, çox zaman Təşti Kıpçak və Qızıl Orda türk dövlətlərinin “əsarəti” altında qaldıqları 300 ilin qisasını Türk dünyasında iki türk boyundan - Kazan, Krım və Azərbaycan türklərindən aldılar. Bütün bunları unutmaq rəzalət deyil, bəs nədir?!” - ünlü şair əlavə edib. 

Türkiyə-Suriya sərhəddindəki məlum olaya toxunan M.İsmayıl deyib ki, Osmanlı tarixindən, Yaxın Şərq xəritəsindən başı çıxmayanlar, ya da bilgilərə əlhavası məntiqə dayananlar, bu olaylarla bağlı düşüncələrində nala-mıxa vura bilər: “Reallıq isə başqadır. Bayır-Bucaq türkləri hardasa Suriyada Türkiyənin torpaq bütünlüyünün qarantı durumundadır. Əgər o 90 km məsafə də Rus-Suriya birləşmələrinin əlinə keçsə, o zaman hardasa, Hələbdən Aralıq dənizinə qədərki Türkiyə sərhədlərinin qarşı tərəfi bütünlüklə kürd qruplaşmalarının əlinə keçmiş olacaq. Bu isə irəlidə Türkiyənin parçalanmasına gətirəcək faciənin başlanğıcı deməkdir. Allah qorusun, Türkiyənin parçalanması isə hardasa, Türk dünyasının məhvi anlamına gəlir. Bundan başqa, Bayır-Bucaq türkmənləri hardasa özbəöz Azərbaycan türkləridir… İndi ortaya belə bir sual çıxmırmı ki, Kremlin Kırımda, Donbasda, Luqanskda ruslar yaşayır deyə, oralara gizli-aşkar müdaxilə etmək, onların can və mal güvənliyini qorumaq haqqını özündə görürsə, Türkiyə türklərinin, eləcə də dünya türklüyünün Bayır-Bucaq türklərinin haqlarını savunmağa nədən haqqı olmasın? Bunlar unudurlar ki, Türk Dünyası dallı-budaqlı bir ağaca bənzəyir, onun kökləri Himalay, Altay dağlarında, gövdəsi Orta Asiya bozqırlarında, budaqları isə Qafqazlarda, Anadoluda, lap elə Kərkükdə, Bayır-bucaqdadır. Kimə məlum deyil ki, budaqlar gövdəsiz, gövdələr köksüz yaşaya bilməz. Bunu kim bilməsə də, adına yazıçı, jurnalist, ziyalı, nə bilim nə qoyanlar bilməlidirlər!”(Qaynar.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar