Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məmməd Arazın xatirəsinə həsr olunan Şairlər Günü keçiriləcək


İyunun 5-də Azərbaycanda VII Şairlər Günü qeyd olunacaq


 Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın APA-ya verdiyi məlumata görə, Şairlər Günü indiyədək Türkiyə, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Ukrayna, İranRusiyadan dəvət olunan qonaqların iştirakı ilə keçirilib.
 
Mikayıl Müşfiqin doğum günü münasibəti ilə təsis olunan mərasimdə Müşfiqin adını daşıyan mükafat şairlərə təqdim olunacaq və Müşfiqin rəmzi məzarına – Xəzər dənizinə gül səpiləcək.
 
Tədbir Gənc Şairlər və Azərbaycan Yazıçılar Birliklərinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin, TİKA-nın, Türkiyə Səfirliyi Kültür və Tanıtma Müşavirliyinin, Dünya Gənc Türk Yazarlar Birliyinin və “Azərkitab”ın təşkilati dəstəyi ilə baş tutacaq.
 
Mərasimdə müxtəlif ölkələrindən tanınmış şair və ədəbiyyatçılar, sənət adamları və musiqiçilər iştirak edəcək.
 
VII Şairlər Günü xalq şairi Məmməd Arazın xatirəsinə həsr ediləcək.
 
İlk dəfə olaraq tədbir bölgələrdə də qeyd ediləcək. VII Şairlər Günü iyunun 5-də Bakıda Beynəlxalq Muğam Mərkəzində, iyunun 7-də Beyləqan Mədəniyyət Sarayında, iyunun 8-də Şabran Mədəniyyət Sarayında keçiriləcək

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar