Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məlahət Hacıyevanın bir internat məktəbində yarım milyonluq «süd əməliyyatı»


Şok!11 saylı xüsusi İnternat Məktəbində 500-ə yaxın uşaq bir ildə yarım milyon manat süd məhsulu yeyib; bir müddət əvvəl internat məktəbin direktoru niyə işdən azad olunub; Məlahət Hacıyeva bu yolla nəyi gizlətməyə çalışıb…


De-İnstitutlaşma Uşaq Müdafiəsi İdarəsinin rəhbəri Məlahət Hacıyeva ilə bağlı PİA.AZ-a ilginc məlumat daxil olub.  Qeyd edək ki,  De-İnstitutlaşma Uşaq İdarəsi  Dövlət başçısının 2006-cı ildə “Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı  (2006-2015-ci illər) sərəncamı əsasında 2010-cu ildə keçmiş Təhsil Naziri Misir Mərdanov tərəfindən nazirliyin nəzdində yaradılıb. Adı çəkilən quruma paytaxt Bakıda və rayonlardakı uşaq evləri,  internat məktəbləri və peşə tipli internat məktəbləri daxildir.

Daxil olan məlumata əsasən De-İstitutlaşdırma Uşaq Müdafiəsi İdarəsinin rəhbəri Məlahət Hacıyeva hər il dövlət büdcəsindən internat məktəblərinə, uşaq evlərinə ayrılan yüz minlərlə manat vəsaitlərin bir hissəsini  şişirdilmiş xərclər adı altında mənimsəyir.  

Mənbə qeyd edir ki, internat və uşaq evlərinə alınan ərzaq mallarının, təsərrüfat mallarının,  dərman pereparatlarının alınmasında və cari təmir işlərinin görülməsində xərclər bir neçə dəfə artırılaraq il ərzində  külli miqdarda vəsait oğurlayırlar. Ərzaq, təsərrüfat, dərman pereparatlarından, cari təmir işlərindən başqa həmçinin internat və uşaq evləri üçün alınan inventarların alınması qiymətlərindədə şişirdilmələr olduğu bildirilir.

Qeyd edək ki, 2013-cü ildə Zaqatala internat məktəbinə - 150 min, (90 mini ərzaq malları), Lerik İnternat Məktəbinə - 90 min, (40 mini ərzaq malları), Salyan İnternat məktəbinə - 137 min, (110 mini ərzaq malları), Şəki qarışıq tibb internat məktəbinə - 85, Tovuz Qovlar internat məktəbinə - 90 min, Göyçay İnternat məktəbinə - 140 min, Mingəçevir internat məktəbinə - 150 min,  Gəncə şəhər sanatoriya tipli internat məktəbinə - 180 min, Sumqayıt şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün xsusi internat məktəbinə - 220 min, Xəzər rayonunda 6 nömrəli internat məktəbinə - 250 min, Nizami rayonu 3 nömrəli internat məktəbi - 300 min manat vəsaitlər ayrılıb və bu vəsaitlərin bir hissəsi qeyd etdiyimiz internatların, uşaq evlərinin direktorları tərəfindən şişirdilərək mənimsənildiyi iddia olunur.

Bildirək ki, bu siyahıya 2, 4, 5, 1 nömrəli və digər internat məktəblərinidə əlavə etmək olar.

Ən acınacaqlı vəziyyət isə 11 saylı xüsusi İnternat Məktəbində cərəyan edib. Belə ki, burdakı korrupsiya və yeyinti faktları bütün həddləri aşıb. Bu barədə PİA.AZ-a daxil olan məlumatda göstərilir ki, Məlahət Hacıyeva bir müddət əvvəl 11 saylı xüsusi İnternat Məktəbində korrupsiya və mənimsəmə hallarını ört-basdır etmək üçün özünün ən yaxın adamlarından biri olan Mehparə Cəfərovanı işdən azad edib. Məlumat verən mənbə iddi edir ki, 11 saylı internat məktəbin direktoru işləmiş Mehbarə Cəfərovanın vəzifəsindən uzaqlaşdırılması  De-İstitutlaşma və Uşaq Müdafiəsi İdarəsinin müdiri Məlahət Hacıyevanın planı olub.  Belə ki, idarə müdiri 11 saylı xüsusi İnternat Məktəbinin direktoru ilə birlikdə həyata keçirdiyi şok maxinasiyaların üstünün açılmasından narahat olaraq bəri başdan öz tədbirini görərək ortağını “qurban” verib. 

Qeyd edək ki, 11 saylı xüsusi İnternat Məktəbində şok maxinasiyalar olması ilə bağlı mənbənin verdiyi məlumatları araşdıran PİA.AZ-ın əməkdaşları  ortaya ilginc və  tükürpədici yeyinti halları çıxarıb.  Apardığımız araşdırmada məlum oldu ki, 2013-cü ildə 11 saylı xüsusi internat məktəbinə 1, 1 milyon manatdan çox vəsait ayrılıb. Həmin vəsaitin 35 mini avadanlıqların, 39 mini sair xərclər maddəsi üzrə malların digər alışların, 22 mini yumşaq inventarların, 15 mini kommunal işlər, 27 mini dəftərxana, 49 mini içməli suyun daşınmasına,  19  mini məişət tullantılarının və çirkab sularının daşınmasına,  540 mini ərzaq məhsullarının alınmasına və  420 mini isə süd məhsullarının alınmasına xərclənib.  11 saylı xüsusi İnternat Məktəbinə alınan ərzaq malları ilə süd məhsullarına xərclənən vəsaitlər  arasında cəmi 120 min manat fərq var və ikisi birlikdə təqribən 1 milyon manat edir.

Apardığımız araşdırmada 11 saylı xüsusi İnternat Məktəbində 500-ə yaxın uşağın tərbiyə aldığı üzə çıxdı. Belə çıxır ki, 500 uşaq bir il ərzində təqribən yarım milyon manatlıq süd məhsulu istifadə ediblər. Hər kəsə aydındır ki, 500-ə yaxın uşağın bir il müddətində yarım milyonluq süd məhsullarından istifadə etməsinin ancaq bir anlamı ola bilər. Belə çıxır ki, Məlahət Hacıyeva və internatın keçmiş direktoru Mehparə Cəfərova uşaqları bir il ərzində «süd gölündə» çimizdirib. 

Məsələnin başqa bir məqamı isə İnternat məktəbi süd məhsullarının alınması müqaviləsini  hanısasa bir şirkətlə  yox fiziki şəxs Hüseynov Ələsgər Cəlal oğlu ilə bağlanmasıdır. Yarım milyoluq bir layihəninin fiziki şəxsə verilməsi sadəcə qanunların açıq şəkildə tapdanmasıdır və bu məsələ sözsüz ki, dövlətin əlaqədar qurumları iərəfindən diqqətlə araşdırılmalıdır. Çünki bu internat məktəbinin direktorunun və De-istitutlaşma və Uşaq Müdafiəsi İdarəsinin müdiri Məlahət Hacıyevanın həyata keçirdiyi maliyyə maxinsaiyasına əyani sübutdur.

Məlumatı verən mənbə iddia edir ki,  11 saylı xüsusi İnternat Məktəbində baş verən süd maxinasiyasını keçmiş direktor Mehbarə Cəfərova ilə De-istitutlaşma və Uşaq Müdafiəsi İdarəsinin müdiri Məlahət Hacıyeva ilə birlikdə həyata keçirib. Bundan sonra isə idarə müdiri həyata keçirdikləri bu şok yeyinti maxinasiyasının üstünün açılmasından ciddi şəkildə narahat olaraq korrupsiya “ortağını” işindən azad edərək vəziyyətdən qurtulmaq istəyib. Qeyd edək ki, PİA.AZ olaraq De-İnstitutlaşma və Uşaq İdarəsinin nəzdində olan internatlar,  uşaq evləri ilə bağlı araşdırmalarımız davam edir və  növbəti saylarımızda oxucularımıza ilginc məlumatalar verəcəyik.

Qarşı tərəfin mövqeyini verməyə hazırırq…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar