Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məktəbli yarmarkalarında qiymət fərqi – Video


Artıq 4 gündür ki, paytaxtın bir sıra metrostansiyalarının yaxınlığında məktəbli ləvazimatlarının yarmarkaları fəaliyyət göstərir


PİA.AZ “Xəzər xəbər”ə istinadən xəbər verir ki, 12 vərəqli dəftərlərin sadə üzlüklü olanı yarmarkada ucuz olsa da, bəzəkli və rəngli olanlar üçün bunu demək mümkün deyil.

48 vərəqli dəftər yarmarkada ucuz olsa da, 100 vərəqlilər adi mağazalarda daha ucuzdur.

Sadə qələmlər məktəbli yarmarkasında ucuzdur, amma müassir olanları mağazalardan daha bahadır.

Məsələn, yarmarkalarda pozanın qiyməti 20 qəpiklə 1 manat arasında dəyişdiyi halda, mağazalarda maksimum 60 qəpiyə satılır. Qiymət fərqi özünü ölçüsünə uyğun olaraq sulu boya, plastilin, rəngli qələm və rəsm dəftərlərində də göstərir.

Buna baxmayaraq fırçaların, qayçıların, dəftər cildlərinin, qələm qablarının, termuzların qiyməti yarmarkalarda daha ucuzdur. Çantaların qiyməti isə hər iki satış məntəqələrində ölçüsündən asılı olaraq 8 manatdan başlayır.

Mağazada çalışan satıcıların sözlərinə görə, satışda saxta məktəbli ləvazimatları var. Orjinal malın harda satılmasından asılı olmayaraq, dəyərindən ucuz satılması real deyil.

Qeyd edək ki, yarmarkalar Bakı şəhər İcra Hakimiyyətinin Ticarət Departamənti tərəfindən təşkil olunub. Məsələ ilə bağlı departamentin sözçüsü Əliabbas Bağırovla əlaqə saxladıq. Onun sözlərinə görə, yarmarkada satılan məktəb ləvazimatlarının qiyməti istehsal olunduğu ölkədən asılı olaraq fərqli ola bilər. Lakin yarmarkanın fəaliyyətə başlamasının əsas məqsədi məhsulların bazar qiymətindən daha aşağı təklif olunmasıdır. Elə ona görə də bəzi məhsulların mağazalardan daha baha olması məsələsi departament tərəfindən ciddi araşdırılacaq. Görünən odur ki, yarmarkalarda qiymətlərə nəzarət edilməsi şərtdir. Yarmarkalar sentyabrın ayın 25-dək fəaliyyət göstərəcək və saylarının artırılması da gözlənilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar