Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məktəblərə istilik noyabrın 15-dən tez verilə bilər

"Havaların kəskin soyuması ilə əlaqədar sosial obyektlərə, o cümlədən orta ümumtəhsil məktəblərinə istiliyin verilməsi nəzərdə tutulmuş vaxtdan, yəni noyabr ayının 15-dən daha tez baş tuta bilər"


Bunu APA-ya açıqlamasında "Azəristiliktəchizat" ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev deyib.
 
R. Əliyev bildirib ki, bunun üçün həmin tədris müəssisələrindən müraciət daxil olmalıdır.
 
"Bu məsələ "Azəristiliktəchizat" ASC ilə Bakı şəhər Təhsil İdarəsi, regional təhsil idarələri arasında bağlanan müqavilələrlə tənzimlənir. Müqavilə 5 aylıq müddətə bağlanır, çünki dövlət tərəfindən onlara 5 aylıq limit ayrılıb. Əgər müvafiq müraciətlər daxil olarsa, biz istiliyin verilişini vaxtından əvvələ həyata keçirə bilərik. Hazırda bir sıra internat məktəbləri, doğum evi, xəstəxanalar tərəfindən müraciətlər daxil olduğundan biz həmin müəssisələri istiliklə təmin edirik. Lakin orta məktəblərdən hələlik müraciət daxil olmayıb. Yalnız dağlıq ərazilərdə istiliyin verilişinə noyabr ayının 1-dən başlanacaq", - deyə o vurğulayıb.
 
Qeyd edək ki, havaların soyuq keçməsi ilə əlaqədar orta məktəb şagirdləri arasında xəstələnmə halları artdığına görə istilik təchizatına daha tez başlanması məsələsi gündəmə gəlib.   

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar