Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məktəblərdə şagirdlərə nisbətən müəllimlərin sayı niyə azalır?


Təhsil üzrə ekspert: “Müəllim şagird nisbətinin dünya standartlarına uyğun qurulması maliyyələşdirməyə və təhsilin inkişafına təsir göstərəcək”


“Gənc kadrların orta ümumtəhsil məktəblərində yerləşdirilməsi üçün təqaüd yaşına çatmış müəllimlərin pedaqoji sahədən uzaqlaşdırılmasını tənzimləyən normativ hüquqi bazanın olmasına ehtiyac var”.

Bu sözləri təhsil üzrə ekspert Kamran Əsədov məktəblərdə şagirdlərə nisbətən müəllimlərin sayının azalmasının səbəbini PİA.AZ-a şərh edərkən qeyd edib.

Xatırladaq ki, Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib ki, son 5 ildə Azərbaycanda bir müəllimə düşən şagirdlərin sayı 8,5-dən 10,5-ə yüksəlib. bu, o deməkdir ki, müəllim-şagird nisbəti 25 faiz dəyişib. Emin Əmrullayev vurğulayıb ki, bu dəyişikliyin bir səbəbi də diaqnostik qiymətləndirmədir. 

Həmçinin Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdir qeyd edib ki, diaqnostik qiymətləndirmədən sonra müəllimlərin bəziləri öz ərizələri ilə işdən azad ediliblər: “Orta məktəblərdə 17 fənn tədris olunur. Şagird sayı az olan məktəblərdə də müəllim - şagird nisbəti istər - istəməz aşağı olur”.

Son 5 ildə ölkədə müəllim kontingentinin artması gözlənilən olduğu haldaAzərbaycanda bir müəllimə düşən şagirdlərin sayı 8,5-dən 10,5-ə yüksəlməsi və müəllimlərin şagirdlərə nisbətinin 25 faiz azalmasını başqa hansı səbəblərlə izah etmək olar?

Mövzu ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov öz fikirlərini PİA.AZ-ın əməkdaşı ilə bölüşüb.

Image result for kamran əsədov
Kamran Əsədov: “Türkiyədə bir müəllimə düşən şagirdlərin sayı 25, Rusiyada 18, Koreyada 35 nəfərdir. Hazırda Bakıda bir müəllimə düşən şagirdlərin sayı 12-dir”.


Hal-hazırda Azərbaycanın 4472 orta məktəbdə 1.5 milyona yaxın şagirdə 151 min müəllimin dərs dediyini xatırladan təhsil üzrə ekspert Kamran Əsədov PİA.AZ-a açıqlamasında qeyd edib ki, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, ölkəmizdə də bu məsələni rasionallaşdırmaya ehtiyac duyulur:

“İlk növbədə qeyd edim ki, hal-hazırda Azərbaycanın 4472 orta məktəbində 1.5 milyona yaxın şagirdə 151 min müəllim dərs deyilir. 2014-cü ilə qədər müəllimlərin sayı 160 mindən çox idi. Amma bu azalma heç bir ixtisar nəticəsində baş verməyib. Bu, optimallaşdırılma nəticəsində mümkün olub.

Hesab edirəm ki, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, ölkəmizdə də bu məsələni rasionallaşdırmaya ehtiyac duyulur.  Təhsilin keyfiyyətinin artırılması və yüksək nəticələr əldə olunması üçün rayon mərkəzlərində nümunəvi liseylərin yaradılmasını da vacibdir. Düşünürəm ki, optimallaşdırılma nəticəsində gənc kadrlara şərait yaradılmalı, yaşlı müəllimlərin fəaliyyətinin isə bacarıq və qabiliyyətlərinə görə tənzimlənməsini təşkil etmək lazımdır. 

Kamran Əsədov: “Təhsilin keyfiyyətinin artırılması və yüksək nəticələr əldə olunması üçün rayon mərkəzlərində nümunəvi liseylərin yaradılmasını da vacibdir”.


Xarici ölkələrdən misal olaraq deyim ki,Türkiyədə bir müəllimə düşən şagirdlərin sayı 25, Rusiyada 18, Koreyada 35 nəfərdir. Hazırda Bakıda bir müəllimə düşən şagirdlərin sayı 12-dir.

 “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda əsas istiqamətlərdən biri də dünya standartlarına uyğun tədrisin sisteminin qurulmasıdır. Hesab edirəm ki, müəllim şagird nisbətinin dünya standartlarına uyğun qurulması maliyyələşdirməyə və təhsilin inkişafına təsir göstərəcək. 

Ümumiyyətlə Azərbaycanda müəllim-şagird nisbəti arzu olunandan yuxarıdır. Buna görə də hesab edirəm ki, gənc kadrların orta ümumtəhsil məktəblərində yerləşdirilməsi üçün təqaüd yaşına çatmış müəllimlərin pedaqoji sahədən uzaqlaşdırılmasını tənzimləyən normativ hüquqi bazanın olmasına ehtiyac var”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar