Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məktəb direktoru 4aydır ki, saytdan əl çəkmir

Anar Niftəliyev: “Azər Ələkbərovun işi-peşəsi sosial şəbəkələrdə qarayaxma, təhqir kampaniyası aparmaqdır”


Axar.az saytı 22 saylı orta məktəbin direktorunun təzyiq və təhqirlərilə üz-üzə qalıb. Saytın baş redaktoru Anar Niftəliyev "Şərq”ə açıqlamasında bildirdi ki, media orqanı kimi birbaşa vəzifələrini yerinə yetirdikləri halda, məktəb direktoru şantaj və təhqirlərdən əl çəkmir:

- Mart ayında 22 saylı məktəbin 9-cu sinif şagirdi Rauf Oruclunun direktor Azər Ələkbərov tərəfindən döyülməsinə dair redaksiyamıza məlumat daxil oldu. Araşdırma apardıq və Sabunçu rayonu Polis İdarəsinin 14-cü bölməsinin tədqiqatçısı Əşrəf Əlizadə də faktı təsdiqlədi. 

Bildirdi ki, ekspertizanın nəticələrinə uyğun olaraq iş Sabunçu Rayon Prokurorluğuna göndərilib. Biz Bakı Baş Təhsil İdarəsinə də müraciət etdik. İdarədən bildirildi ki, bəli, insident olub, lakin qaydasına salınıb. Məktəbin direktoru Azər Ələkbərovun özü ilə də danışdıq. 

Direktor danışdı, amma xahiş etdi ki, adını yazmayaq. Ümumi şəkildə "məktəbin rəhbərliyi” qeyd edək. Şagird Rauf Oruclunun valideyni ilə də danışmışıq. Biz bütün tərəflərin mövqeyini dərc etmişik. Martın 14-dən etibarən A.Ələkbərov bizə zəng edərək yazının saytdan qaldırılmasını tələb etməyə başlayıb. Biz, təbii ki, bunun mümkünsüz olduğunu bildirmişik. 

Məsələ Mətbuat Şurasında müzakirəyə çıxarılıb və Mətbuat Şurası da bizi dinlədikdən sonra yazının saytdan qaldırılmasına heç bir əsas olmadığı qərarına gəldi. Həqiqətən də, media orqanının vəzifəsi məlumat yaymaqdır, xüsusilə də əgər məlumat hərtərəfli, bütün tərəflərin mövqeyi, açıqlamaları ilə əhatəli bir şəkildə verilibsə, niyə ondan imtina etməliyik?! 

Bundan sonra A.Ələkbərov artıq sosial şəbəkələrdə bizə hücuma keçdi. Materialı hazırlamış xanım əməkdaşı təhqir etməyə, əxlaqdan kənar anti-təbliğat kampaniyasına başladı. Biz Təhsil Nazirliyinə müraciət etdik ki, bu təhqir kampaniyasının qarşısı alınsın. Bizə hücumları, təhqirləri azmış kimi, A.Ələkbərov 102 xidmətinə şikayət edib ki, guya bizim sayt onu şantaj edir. 5 saylı polis bölməsindən gəldilər, araşdırma apardılar və məlum oldu ki, bizim tərəfimizdən heç bir təhqir, şantaj yoxdur. Biz məktəb direktorunun səs yazılarını da saxlamışıq, hüquq-mühafizə orqanı əməkdaşları üçün həmin səs yazılarını səsləndirmişik. 

Amma A.Ələkbərov yenə də sosial şəbəkələrdə bizə hücumlarını davam etdirir. Bu məsələylə ciddi məşğul olmaq üçün artıq Daxili İşlər Nazirliyinə və şəxsən cənab nazirə müraciət etmişik ki, şagirdin məktəb direktoru tərəfindən döyülməsi faktına görə aparılan araşdırmanın nəticələri barədə məlumat almaq istəyirik. 

Təhsil Nazirliyinə də müraciət etmişik ki, bu cür əxlaqa sahib bir şəxs necə məktəb direktoru vəzifəsini daşıyır? 

Bu şəxs əvvəlcə 228 saylı orta məktəbin direktoru olub, lakin məktəbin pedaqoji kollektivinin tələbi ilə vəzifəsindən uzaqlaşdırılıb. Özü də Aviasiya Akademiyasının məzunudur. Bakı Baş Təhsil İdarəsinə A.Ələkbərov barədə sorğu göndərmişik, təsəvvür edin ki, idarə sorğuya cavab vermək əvəzinə, sorğunu təkrar məktəb direktoruna göndərib. 

Belə çıxır ki, bu şəxsi kimlərsə himayə edir? Sayta təzyiqlər davam edir və bu da bizi əlbəttə, çox narahat edir. 4 aydır ki, Azər Ələkbərov bizdən əl çəkmir. Bu adamın işi-peşəsi sosial şəbəkələrdə qarayaxma, təhqir kampaniyası aparmaqdır. Bu necə məktəb direktorudur? Öz vəzifəsi ilə nə vaxt, necə məşğul olur? Bizim əlimizdə kifayət qədər material, məlumatlar və səs yazıları da var. Artıq bu adamı hüququn diliylə susdurmaq zamanı çatıb və biz hüquqlarımızı və təhlükəsizliyimizi qorumaq üçün Daxili İşlər Nazirliyinə növbəti dəfə müraciət etmək məcburiyyətndəyik. Qoy bu adama qarşı ölçü götürülsün. Mediadakı dostlarımızı da həmrəyliyə çağırırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar