Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məktəb direktorlarının diaqnostik qiymətləndirilməsi aparılacaq


“Məktəb direktorları, direktor müavinləri, Rayon Təhsil Şöbələrinin (RTŞ) metodistləri indiyə qədər diaqnostik qiymətləndirilmədə iştirak etmirdilər. Lakin bu ildən onlar da diaqnostik qiymətləndirilmədə iştirak edə biləcəklər”


Bunu APA-ya Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

“Bu və ya digər səbəblərə görə, 6 saatdan daha artıq dərs demək istəyirlərsə, diaqnostik qiymətləndirilmədə iştirak edə bilər və onlara topladıqları bala uyğun olaraq tədris saatları verilə bilər”, - sektor müdiri vurğulayıb.

C. Valehov qeyd edib ki, RTŞ-nin metodistlərinə dərs saatının verilməsi isə diaqnostik qiymətləndirilmənin nəticəsi və Təhsil Nazirliyinin müvafiq razılığı əsasında mümkün ola bilər: “Əvvəl rayon təhsil şöbələrində çalışan metodistlər adətən diaqnostik qiymətləndirilmədə iştirak etmədən dərs deyə bilirdilər. Amma indi isə bu, diaqnostik qiymətləndirilmədə iştirak və Təhsil Nazirliyinin müvafiq razılığı ilə mümkün olacaq. Daha çox pedaqoji fəaliyyət göstərmək istəyən metodistlər diaqnostik qiymətləndirilmədə iştirak edə bilərlər. Bundan sonra isə onların dərs saatlarının artırılması məsələsinə baxılacaq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar