Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Meksikanın Azərbaycandakı səfiri Milli Məclisdə olub


Meksika və Azərbaycan arasında parlamentlərarası əməkdaşlıq məsələləri müzakirə olunub


Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Milli Məclisdə olub, Azərbaycan parlamentinin sədr müavini Valeh Ələsgərov ilə görüşüb. 

Səfirlikdən "Report"a verilən məlumata görə, görüşdə parlamentlərarası dostluq qruplarının rolu, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq qeyd olunub. Bu xüsusda, bir çox ölkələrin qanunverici orqanları arasında əlaqələrin möhkəmlənməsinə töhfə verən Parlamentlərarası İttifaqın vacibliyi vurğulanıb.
Qeyd edilib ki, bu gün hər iki ölkə müvafiq regionlarda əhəmiyyətli rola malikdir və bir çox sahələr üzrə onların oxşar cəhətləri mövcuddur: energetika, mədəniyyət, turizm və s. Zəngin neft-qaz yataqlarının mövcudluğu və bu sektorun inkişafı ikitərəfli əməkdaşlıq üçün maraq doğurur. 

Bundan əlavə, Meksika və Azərbaycan minilliklər mədəniyyəti olan ölkələrdir. Bu amil hər iki xalqa məxsus bəzi mədəni nümunələrin YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs kimi elan olunmasına imkan yaradıb, eləcə də, turizm sahəsinin inkişafına töhfə verib. 

Xatırladaq ki, Azərbaycan və Meksika  arasında diplomatik münasibətlər 1992-ci il fevralın 10-da qurulub. Azərbaycanın və Meksikanın səfirlikləri müvafiq olaraq 2007 və 2014-cü illərdə fəaliyyətə başlayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar