Meksikanın şərqində 6,2 bal gücündə zəlzələ olub
"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.
Qeyd olunur ki, zəlzələnin episentri Oahaka ştatının Matias Romero şəhərinin cənub-şərqində yerləşib. Agentliyin məlumatına görə, zəlzələ ilə əlaqədar Meksikada həyəcan təbili çalınıb.
Xatırladaq ki, bundan əvvəl-sentyabrın 19-da baş vermiş güclü zəlzələnin qurbanlarının sayı 286 nəfərə çatıb.
pia.az