Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mehriban Vəzir Milli Şura üzvlüyündən çıxarılmasının səbəblərindən danışdı

Yazıçı – publisist: “İzahat istədiyimə görə də məni üzvlükdən çıxarıblar”
Milli Şuranın bu gün keçirilən Koordinasiya Mərkəzinin iclasında, yazıçı-publisist Mehriban Vəzir şura üzvlüyündən çıxarılıb


 Məsələ ilə bağlı yayılan məlumata görə, M. Vəzirin Milli Şuradan kənarlaşdırılmasının səbəbi onun şuranın  Əsasnaməsinə və fəaliyyət prinsiplərinə zidd hərəkətlərə yol verməsidir. 

Yayılan məlumatla bağlı Mehriban Vəzirin fikirlərini aldıq. M. Vəzir  musavat.com-a açıqlamasında qərarın hansı səbəbdən verildiyini aşağıdakı kimi izah etdi:

“Məsələnin  kiçik tarixçəsi ondan ibarətdir ki, aprelin 30-da Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyasının ümumi yığıncağı baş tutdu.  Bu yığıncaqda şuraya və monitorinq qrupuna yeni seçki keçirildi. Namizədlərin sayı 30 nəfərdən çox idi. Eyni zamanda burada iştirakçıların da sayı 140 nəfərdən yuxarı oldu. Yəni çox möhtəşəm tədbir keçirildi. Şuraya seçkinin nəticələri isə əlbəttə, çox təəccüb doğururdu. Çünki sahə üzrə çox məşhur mütəxəssislər bir yana qaldı, onlar 20 səs topladılar. Lakin ilk dəfə bu prosesə qatılan adamlar 100-ə yaxın səs aldılar.  Bu bir qədər təəccüblü idi. Ancaq heç bir pozuntu da yox idi. Seçkilərin  nəticəsi demokratik qaydalara uyğun idi. Buna görə, nəticə bizi düşündürürdü. Buna baxmayaraq, heç  bir etiraz etmədən, nəticələri tanıdıq. Bildiyiniz kimi Milli Şuranın Koordinasiya Mərkəzinin üzvüyəm və bu şəbəkədə də varam.   Səhəri gün isə öz elektron poçtumda bəhs etdiyimiz şəbəkə üzrə Oqtay Gülalıyevin Milli  Şura rəhbərliyinə verdiyi bir raportu oxudum. Raportda deyilirdi ki, hökumətin 400 min vəsait xərclədiyi prosesi darmadağın etdik və onların Milli Şuranı QHT edib nəzarət altına almaqlarına icazə vermədik. Eyni zamanda bildirilirdi ki, artıq şuranın əlli plyus biri (50 +1) bizim adamlardır. Bu qələbəyə, dəstək verənlərə təşəkkür edirəm və sairə.  Yəni bu məktub, Milli Şuranın daxili işlərinə, Oqtay Gülalıyevin şəxsi həyatına   aid deyildi. Bu, yalnız bizə- koalisiyaya aid idi. Eyni zamanda koalisiyanın  üzvləri və namizədləri kimi mənə də aid idi”.

M. Vəzir bildirib ki, bu məktubu götürərək, koalisiya şəbəkəsində çıxış edib:
“Keçmiş koordinator Əliməmməd Nuriyevdən izahat istədim ki, 400 mini hökumət kimə verib? Şuraya  hakim olmuş “50+1” kimlərdir? Bu kimi suallar ünvanladım. 150 nəfərin təmsil olunduğu koalisiya şəbəkəsində poçtuma gəlmiş məktubu yönləndirərək,   açıq şəkildə bu suallarıma cavab istədim. Bizi böhtana salırlar. Eyni zamanda  bir sual da qoydum ki, şura bu şəkildə hansı rolu oynayıb. Bununla da vəziyyət qarışdı. Eyni zamanda yeni seçilən şuranın və Monitorinq qrupunun legitimliyi artıq şübhə altındadır. Nəticə də bəllidir ki,  Milli Şura məni üzvlükdən çıxardı. Ancaq gərək heç olmasa, məndən də izahat istəyərdilər. Çünki əslində Oqtay Gülalıyev bu cür yalan raportla, Milli Şuranın rəhbərliyini aldatmışdı. Burada tam bir böhtan var. Milli Şura çox təəssüf ki,  bu yalanlarla bağlı izahat istəməkdənsə belə bir qərar çıxardı.  Qərarlarını da anlayışla qarşılayıram. 400 min məsələsini koalisiyanın adına yazıblar və mən də Əliməmməd müəllimdən bunun izahatın istəmişəm. İzahat istədiyimə görə də məni üzvlükdən çıxarıblar”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar