Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mehriban Əliyevaya “Həştərxan vilayəti qarşısındakı xidmətlərinə görə“ ordeni təqdim olunub


Oktyabrın 22-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinlə görüşü olub


Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya “Həştərxan vilayəti qarşısındakı xidmətlərinə görə” ordeni təqdim olunub.
 
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva qubernator Aleksandr Jilkini Heydər Əliyev Fondunda salamlayaraq, Fond ilə Həştərxan vilayətini səmərəli əməkdaşlıq əlaqələrinin birləşdirdiyini dedi. Mehriban Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Həştərxanda bir sıra iri layihələr reallaşdırdığını qeyd etdi. Fondun təşəbbüsü və dəstəyi ilə Həştərxanda ümummilli lider Heydər Əliyevin adını daşıyan 11 saylı məktəb, uşaq bağçası, “Dostluq” körpüsü, uşaq əyləncə şəhərciyi, knyaz Vladimir abidəsi açılıb. Heydər Əliyev Fondunun prezidenti əməkdaşlığın davam edəcəyinə əminliyini ifadə edərək, AzərbaycanRusiyanı möhkəm dostluq əlaqələrinin birləşdirdiyini söylədi. Qeyd edildi ki, siyasi, iqtisadi əlaqələrlə yanaşı, mədəniyyət və təhsil sahəsində də münasibətlərin genişləndirilməsinə böyük diqqət yetirilir. Birinci xanım Mehriban Əliyeva Fondun layihələrinin Həştərxan vilayətinin qubernatorunun rəhbərliyi ilə həyata keçirildiyini bildirərək, Aleksandr Jilkinə təşəkkür etdi.
 
Heydər Əliyev Fondunda təşkil edilən görüşə görə minnətdarlığını bildirən Aleksandr Jilkin Fondun Həştərxanda reallaşdırdığı layihələrin istiqamətinin düzgün seçildiyini vurğuladı. Qubernator qeyd etdi ki, bu layihələrin hamısı Həştərxan sakinləri tərəfindən böyük rəğbətlə qarşılanır.
 
Həştərxan vilayətinin qubernatoru Azərbaycan diasporunun fəaliyyətindən danışdı, bunun ölkələrimiz arasında mövcud dostluq əlaqələrini bir daha təsdiq etdiyini söylədi.
 
Görüşdə Azərbaycan ilə Həştərxan arasında birbaşa aviareysin açılmasının vacibliyinə toxunuldu, Həştərxan sakinlərinin Azərbaycanı turist kimi ziyarət etmək arzuları qeyd edildi, Şahdağ, Naftalan kimi kurortların böyük maraq doğurduğu vurğulandı.
 
Görüşdə Avropa Oyunlarına hazırlıq məsələləri də müzakirə edildi, Oyunların yüksək səviyyədə keçiriləcəyinə əminlik ifadə olundu. Oyunları izləmək üçün Həştərxandan ölkəmizə çoxlu sayda insanların gələcəyi bildirildi. Heydər Əliyev Fondunun xətti ilə Həştərxanda mədəni tədbirlərin keçirilməsinin mümkünlüyü qeyd edildi. Eyni zamanda, Azərbaycan ilə Həştərxan arasında balıqçılıq sahəsində əməkdaşlıq məsələsi diqqət mərkəzində oldu, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyi ilə birgə nərə balıqları ilə bağlı layihənin həyata keçirilməsi müzakirə edildi.
 
Aleksandr Jilkin Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya “Həştərxan vilayəti qarşısındakı xidmətlərinə görə” ordenini və xatirə hədiyyəsini təqdim etdi.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar