Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mehriban Əliyeva bir sıra görüşlər keçirib - Foto

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sentyabrın 29-da V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Bolqarıstanın vitse-prezidenti Marqarita Popova ilə görüşü


Görüşdə birinci xanım Mehriban Əliyeva rəhbərlik etdiyi Fond tərəfindən həyata keçirilən layihələrdən danışıb, bu layihələrin ölkələrarası əlaqələrin möhkəmləndirilməsi üçün ən gözəl vasitə olduğunu bildirib. 

Mehriban Əliyeva bu yaxınlarda Bolqarıstanın Veliko Tırnova şəhərinə səfərini xatırlayaraq ona şəhərin fəxri vətəndaşı adının verilməsi ilə əlaqədar bir daha minnətdarlığını çatdırıb. Birinci xanım Mehriban Əliyeva təhsil, mədəniyyət və digər sahələrdə ikitərəfli əlaqələrin önəmini qeyd edib, Heydər Əliyev Fondunun prezidenti kimi bu istiqamətdə layihələrin reallaşdırılmasına dəstək verməyə hazır olduğunu vurğulayıb.

Bolqarıstanın vitse-prezidenti Marqarita Popova V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etməkdən məmnunluğunu bildirərək, Azərbaycan-Bolqarıstan münasibətlərinin yüksək səviyyədə olduğunu, ölkələrimiz arasında həyata keçirilən layihələrin bu münasibətlərin inkişafına töhfə verdiyini qeyd edib.

***

Sentyabrın 29-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Qazaxıstanın dövlət katibi Gülşar Abdıkalikova ilə görüşüb.

Birinci xanım Mehriban Əliyeva V Bakı Beynəlxalq Humanitar Forumunda müzakirə olunan mövzuların əhəmiyyətinə toxunub, bu məsələlərin bütün dünya üçün aktual olduğunu vurğulayıb. Mehriban Əliyeva Qazaxıstan ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu, xalqlarımızı sıx qardaşlıq tellərinin bağladığını deyib.

Qazaxıstanın dövlət katibi Gülşar Abdıkalikova sentyabrın 26-da Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən referendumun nəticələrini böyük qələbə kimi dəyərləndirib. Qonaq Azərbaycan-Qazaxıstan münasibətlərindən danışaraq ölkələrimizin beynəlxalq təşkilatlarda yaxşı əməkdaşlıq qurduqlarını və bir-birlərini hər zaman dəstəklədiklərini diqqətə çatdırıb.

Gülşar Abdıkalikova Azərbaycanın birinci xanımına xatirə hədiyyəsi təqdim edib.

***

Sentyabrın 29-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri ilə görüşüb.

Qonağı ölkəmizdə yenidən görməkdən şad olduğunu bildirən Mehriban Əliyeva Forumda iştirakına görə ona təşəkkür edib. ISESCO-Azərbaycan əməkdaşlığının uğurlarından danışan qurumun xoşməramlı səfiri birgə layihələrin, təhsil və mədəniyyət sahələrində əlaqələrin vacibliyini vurğulayıb, müxtəlif ölkələrin mədəni irsinin qorunmasına Azərbaycanın verdiyi töhfələrdən danışıb.

ISESCO-nun baş direktoru Əbdüəziz Osman əl-Tuveycri Foruma dəvətə görə təşəkkür edərək bu tədbirin dünya üçün mühüm məsələlərin müzakirə olunduğu platformaya çevrildiyini bildirib. O, dünya mədəni irsinin qorunması sahəsində birgə əməkdaşlıqdan şad olacağını vurğulayıb.

***

Sentyabrın 29-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Argentina Milli Konqresinin Deputatlar Palatasının vitse-spikeri xanım Patrisia Xemenezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Əsas məqsədi sülh mesajı vermək olan bu Forumun ölkəmizlə daha yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını deyən Mehriban Əliyeva Azərbaycan ilə Argentina arasında dostluq əlaqələrinin qurulduğunu, daha geniş əməkdaşlıq üçün potensialın mövcudluğunu diqqətə çatdırıb, ölkəmizin hər zaman müxtəlif dinlərin və millətlərin nümayəndələrinin bir ayara gəlməsinə çalışdığını bildirib. Gələcəkdə ölkələrimiz arasında siyasi, iqtisadi, mədəniyyət və digər sahələrdə əlaqələrin daha da güclənəcəyinə əminliyini ifadə edən Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondu tərəfindən ölkələrimiz arasında gələcəkdə reallaşdırılacaq birgə layihələrə dəstək verməyə hazır olduğunu bildirib.

Argentina Milli Konqresinin Deputatlar Palatasının vitse-spikeri Patrisia Xemenez Bakıya ilk dəfə səfər etdiklərini, şəhərin gözəlliyinin onlarda xoş təəssürat yaratdığını deyib.

Bu Forumun bir çox ölkələrin nümayəndələrinin, Nobel mükafatçılarının bir araya gələrək beynəlxalq miqyaslı bir platformaya çevrildiyini vurğulayan nümayəndə heyətinin üzvləri Argentina-Azərbaycan əlaqələrinin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu bildiriblər. Qonaqlar ölkələrimizin mədəni əməkdaşlığına mühüm töhfə olacaq və Azərbaycan-Argentina münasibətlərinə həsr edilən muğam-tanqo festivalına hazırlıq görüldüyünü diqqətə çatdırıblar.

Sonda Azərbaycanın birinci xanımına xatirə hədiyyəsi təqdim olunub.(azərtac)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar