Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mehriban Əliyeva İtaliya Senatının nümayəndələri ilə görüşüb

Sentyabrın 29-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan İtaliya Senatında Azərbaycan-İtaliya dostluq qrupunun sədri Mauro Mariya Marinonun rəhbərli etdiyi nümayəndə heyəti ilə görüşüb


Görüşdə Azərbaycanın birinci xanımı ölkəmizdə hökm sürən tolerantlıq mühitindən danışıb, bir neçə gündən sonra Roma Papası Fransiskin Azərbaycana səfər edəcəyini bildirib.

Mehriban Əliyeva ölkəmizdə qeyd edilən bayramlarda bütün dinlərin nümayəndələrinin birgə iştirak etdiklərini, bunun dünyadakı bəzi stereotiplərin qarşısını almaq üçün cəmiyyətə bir mesaj olduğunu söyləyib. Azərbaycan-İtaliya əlaqələrinin nümunəvi xarakter aldığını, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun İtaliyada mədəni abidələrin qorunması və bərpasında yaxından iştirak etdiyini diqqətə çatdırıb.

Qonaqlar bu dəstəyə görə təşəkkürlərini bildirərək, belə layihələrin ikitərəfli əlaqələrin güclənməsinə xidmət etdiyini bildiriblər. Onlar 2019-cu ildə Avropanın mədəniyyət paytaxtı elan olunan qədim Mattera şəhərinin İçərişəhərlə qardaşlaşması təklifini irəli sürüblər.

Mehriban Əliyeva bunu gözəl təşəbbüs kimi dəyərləndirərək bu cür addımların regionlar arasında əlaqələrin qurulmasına yaxşı imkan yaratdığını vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar