Xəbər xətti

17 NOYABR

21:14 “Zeynəb Xanlarova bilir ki, əsl sənətlə məşğul olanlar kimlərdir”

21:08 Suriyanın şərqində törədilən partlayış nəticəsində 35 nəfər ölüb

21:02 Banklarda gecikmiş kreditlərin məbləği artıb

20:57 Sloveniyada Mehdi Hüseynzadənin abidəsi ucaldılıb

20:51 Ərdoğan: Afrində eyni tələyə düşmək istəmirik!

20:45 “Azərenerji” “Azərişığ”ın məlumatını təkzib edib

20:42 “Premium” və “Super” markalı benzin bahalaşdı

20:39 Argentinanın sualtı qayığı 44 nəfərlik ekipaj üzvü ilə birlikdə itkin düşüb

20:33 “Eurovision-2018” müsabiqəsində iştirak edəcək ölkələrin sayı 43-ə çatıb

20:27 Oğurlanmış qoyunlar sahibinə qaytarılıb

20:21 Şirvanda yol polisi reyd keçirdi

20:15 Koalisiya qüvvələrinin hava hücumları 15 dinc sakini öldürdü

20:09 Dünyada ilk dəfə insandan insana baş köçürülüb

20:05 Azercell-in 4G xidmətləri artıq Bərdə, Şəmkir və Lənkəranda!

20:03 İngiltərədə təyyarə ilə helikopter toqquşub

19:58 Bakıda yeni teleqüllənin istifadəyə veriləcəyi tarix - Açıqlandı

19:52 Sumqayıtda qadını qətlə yetirən şəxs saxlanılıb

19:46 Türkiyədə tikilməkdə olan məscid çöküb, 1 nəfər ölüb, 6 nəfər yaralanıb

19:40 “Çelsi” klubu yeni stadionunun tikintisinə 1,11 milyard avro xərcləyəcək

19:34 İranda zəlzələ nəticəsində dəyən maddi ziyanın miqdarı açıqlanıb

19:28 Bütöv bir binanın istilik avadanlıqları oğurlandı

19:22 “Ağdamda zəlzələ nəticəsində bəzi evlərdə çatlar yaranıb”

19:16 Küçələrdə reklam üçün ödəniş qaydaları dəyişdirildi

19:10 Gəncədə 14 yaşlı qıza qarşı nalayiq hərəkətlər edən şəxs saxlanılıb

19:04 “Çelsi” “Qarabağ”la oyun ərəfəsində hücumçu problemi ilə üzləşib

19:01 “Bakcell” biznes qurmaq istəyən gənclərə maliyyə ayırıb

18:59 Mənzilin dəyərinin tam tələb olunması qadağan edilir

18:53 Sabah paytaxtın bu hissəsində işıq olmayacaq

18:47 “Bakı Prosesi”nin 10-cu ildönümü qeyd ediləcək

18:41 Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

18:35 Səudiyyə Ərəbistanı: şahzadələrə azadlığı pulla almaq təklif olunur

18:29 İlham Əliyev latviyalı həmkarını təbrik etdi

18:23 NATO Türkiyədən üzr istədi

18:17 “Nurgun Motors” prezidentinin “avtoş” oğlu həbsdən çıxır

18:11 Azərbaycanda 5 bal gücündə zəlzələ olub

18:05 Bir Zabil Müqabiloğlu vardı...

17:55 Blogger Mehman Hüseynovun məhkəməsi davam edib

17:50 “ABŞ İraqdakı səhvləri Suriyada da təkrarlayır” – Çavuşoğlu

17:44 Sumqayıtda bir neçə gün əvvəl törədilmiş qətlin üstü açılıb

17:38 “Forbes” ən çox pul qazanan məşhur gənclərin adlarını açıqlayıb

17:33 Qvardiola ayın ən yaxşısı seçildi

17:27 Türkiyə hərbçiləri NATO təlimindən geri çağırıb

17:22 Ermənistan xarici ölkələrdən silah idxalını ƏDV-dən azad edir

17:18 Türkiyə daha ABŞ və NATO-nu dinləmir

17:16 Azərbaycanda kinoya və konsertə gedənlərin sayı çoxalıb

17:13 Politoloq: “Serj Sarkisyan divara dirəndiyini görüb, mənə dedi ki...”

17:10 NATO təlimində Ərdoğan və Atatürkün fotoları hədəf kimi seçilib

17:05 Bolqarıstan Parlamentinin spikeri istefa verdi

17:00 Ərəbistanda gələn həftə kral dəyişir

16:54 Hacıbala Abutalıbov Kərəm Həsənovu məhkəməyə verdi - İddia

16:53 Sərbəst güləşçilərin çempionatı başa çatdı

16:46 Ev həbsində olan Muqabe ilk dəfə xalq qarşısına çıxdı

16:40 “Putin Ərdoğana demək istəyib ki, bu məsələ sənlik deyil” - Şahin Cəfərli

16:40 “Türkiyə S-400 alarsa, NATO texnologiyalarını əldə etməsi məhdudlaşdırılacaq”

16:33 Azərbaycan yığması FİFA reytinqində geriləyəcək

16:28 “İki rol oynamaqla özünü böyük aktrisa sayma”

16:21 Rusiyanın hərbi gücü ABŞ-a çatır – Danford

16:15 Türkiyədə dövlət universitetinin 22 əməkdaşı tutuldu

16:10 Şahzadələrə azadlıq üçün pul ödəmləri təklif edilib

16:03 Əsəd ordusu İŞİD-in nəzarətindəki son bölgəyə girdi

15:56 “Bağışla, sevgilim” - Emin Ağalarov

15:50 “Quli” gəncəli “qanuni oğru”nun statusunu dayandırdı

15:45 “Putinin münaqişənin həllinə ümidi yoxdursa, Lavrov nəyə gəlir?”

15:40 Sergey Lavrovun Bakıya gələcəyi tarix məlum oldu

15:35 Bakıda 43 yaşlı kişini ölümcül hala saldılar

15:30 Zimbabvedə birinci ledinin həbsinə çağırışlar edilir

15:25 İraqda İŞİD-in son dayaq nöqtəsi təmizlənib

15:20 Sürücülərlə bağlı qalmaqallı qanun barədə qərar verildi

15:14 Qobustanda çaqqallar yeniyetmə oğlana hücum etdi

15:10 Zərrab müstəntiqlərə işləməyə başladı: Kimləri ələ verəcək...

15:00 Beynəlxalq Tolerantlıq Günü qeyd edilib

14:55 Xəzər TV 15 yaşlı qıza elçilik təşkil etdi – MTRŞ nə düşünür?..

14:50 Zimbabvedə prezidentin impiçmentinə hazırlıq görülür

14:44 “Kənddə bir gün”

14:39 Küçələrdə reklam üçün ödəniş qaydaları dəyişdirildi

14:34 Almaniyada partlayış törətmək istəyən “azərbaycanlı” erməni imiş...

14:30 Roma papasına lüks avtomobil hədiyyə etdilər

14:25 Aşıqlar arasında efirdə qalmaqal

14:20 ÜDM-nin 8,8 faizi tikintidə istehsal olunub

14:17 Milli Dirçəliş gününə bu gündən baxanda...

14:15 Arvadı polisə şikayət etdiyi üçün özünü öldürən ər

14:11 Azarkeşlər zəlzələyə səbəb oldular

14:06 Azərbaycanda şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi

14:05 “Yediklərinizi qusun və evinizə qayıdın...”

14:02 Azərbaycanda “Rəşadət” ordeni təsis edilib

13:36 Dünyanın korrupsiya xəritəsi

13:31 “Azərbaycanın mövqeyinin sammitin bəyannaməsində əksini tapmasına çalışırıq”

13:27 Nərimanov rayonunda Şən və Hazırcavablar Klubu üzrə “Payız Kuboku” keçirilib

13:23 Daşınmaz əmlak üzərində sərəncamın verilməsi sürətləndirilir

13:19 İdman və akrobatika gimnastikası üzrə Azərbaycan çempionatı keçirilir

13:15 “Qarabağ üçün də Qars müqaviləsinə çox böyük ehtiyac var”

13:11 Müdafiə naziri müşavirə keçirib

13:06 “Azərbaycanda 500 qr - 1 kq çəki ilə doğulan körpələrin çoxu sağ qalır”

13:02 “Qarabağ kürd və Yaxın Şərq kimi həlli mümkün olmayan münaqişədir”

12:57 “İndiki Müsavat özünü Rəsulzadənin davamçısı hesab etməsin”

12:53 AFFA rəsmisinə UEFA-dan yeni təyinat gəlib

12:49 2017-ci ilin doqquz ayı ərzində THY ilə 52 milyon sərnişin daşınıb

12:44 Zeynəb Xanlarova Rasim Balayevlə bağlı Səhiyyə Nazirliyinə çağırış edib

12:40 İtaliya mafiyasının lideri öldü

12:35 “Cümhuriyyətin və parlamentin 100 illiyi ilə bağlı işlərə start verilib”

12:31 “Azərbaycanda sürücülər maşını necə gəldi sürürlər”

12:27 21 yaşlı reper narkotikdən öldü

12:23 Türkiyədə baş vermiş partlayış nəticəsində azərbaycanlı tələbə ölüb

12:19 Əhalinin vergilərə və kreditlər üzrə faizlərə xərclədiyi vəsaiti açıqlanıb

12:14 Ərdoğan: “Soçidə danışıqların əsas mövzusu Suriya böhranı olacaq”

12:10 Milli Məclisin növbəti plenar iclası keçirilir

12:05 KXDR ballistik raketlər daşıyan sualtı qayıqlar tikir

12:04 Avropa Birliyi öz ordusunu yaradır - NATO-nun taleyi necə olacaq?

12:01 Qaçırılan qadınların xoşbəxtliyi

11:57 Kral gedir: Yaşasın, 32 yaşlı yeni kral!

11:53 Ağdamdakı zəlzələdən sonra ölkə ərazisində 150 afterşok qeydə alınıb

11:48 Elza Seyidcahan: “Yataq səhnələrində çəkilə bilərəm”

11:44 AMEA: Son 5 ildə ələ keçirilən torpaq sahələri və elmi obyektlər geri alınıb - Siyahı

11:39 Azərbaycan şirkətləri 2018-ci ilə optimizmlə baxır - Sorğu

11:34 Xəstəsinin evinə bazarlıq edən həkim

11:29 Qırğızıstanda dövriyyəyə şaquli dizaynlı əskinaslar buraxılıb

11:28 Putinlə Ərdoğan niyə tez-tez görüşür?

11:25 Kərəm Serenaydan ayrı qala bilmir: “Darıxıram”

11:20 Rusiyada meşə qıran azərbaycanlılar həbs edilib

11:16 “Dillə bağlı gedən söhbətlərin hamısı nəzərə alınıb”


MÜSAHİBƏ

...

Mehman Əliyev: “60 illiyimi böhran vəziyyətində qeyd edirəm”

Tarix 30.10.17, 9:47

Font ölçüsü : - / +
bitmap-img6



“Gün ərzində 6 saat da adam kompüterdə oturar?”


Müasir Azərbaycan mətbuatında özünəməxsus yeri olan “Turan” agentliyinin direktoru Mehman Əliyevin 60 yaşı tamam oldu. 

“Yeni Müsavat” olaraq ənənəmizə sadiq qalaraq daha bir yubilyarla yubiley söhbəti etməyi qərara aldıq. Baxmayaraq ki, 27 yaşlı “Turan”ın 60 yaşlı direktoru nə yubiley keçirməyə həvəslidir, nə ad günü söhbətlərinə. Hətta yubiley gününü də iş başında qarşılayıb. Amma çağdaş jurnalistikamızın memarlarından biri ilə ən azı tarix naminə müsahibəni reallaşdırdıq.

- Mehman bəy, düz 10 il əvvəl, elə bu günlərdəki müsahibəmizi “Mehman Əliyev də 50 yaşını aşırdı”-yazaraq başlamışdım. 10 il keçdi və 60-ı da aşırdınız. Necə hissdir? Bu illər yaddaşınızda necə qaldı?

-Yaxşılığa doğru yox, bütövlükdə pisliyə doğru getdi. Bu illəri bəlkə də iki hissəyə bölmək olar: bir var mənim şəxsi həyatım, bir də var ölkənin həyatı. Bunlar bir-birinə bağlıdır.  Bu dövrdə ölkədə neft bumu başlandı, böyük neft pulları gəldi, çox adam, cəmiyyətdə müəyyən kəsim varlanmağa başladı. On ilin birinci yarısında hamı gözləyirdi ki, bu, belə davam edəcək, uzunmüddətli olacaq və ancaq yüksələn xətlə gedəcək. O zaman isə bütövlükdə azad medianın vəziyyəti pisləşirdi. Yəni azad medianın səhnədən getməsi, bir institut kimi yox olması prosesi gedirdi. Çünki böyük neft pulları paralel olaraq medianın susdurulmasına yönəlmişdi. Yəni 10 ilin ikinci hissəsində isə ölkə özü böhrana düşdü və hakimiyyət azad media üçün yaratdığı böhranı bu gün özü də yaşayır. İndi bütövlükdə hamımız bərabər vəziyyətdəyik, yəni hamımız böhran içindəyik. Bir var bizim media olaraq “Turan”ın uzun illər çəkən böhranı, bir də var ölkənin, hakimiyyətin özünün böhrana düşməsi.  Yəni əslində mən 60 illiyi böhran vəziyyətində qeyd edirəm.

- Böhrana görəmi yubileyinizi də iş başında qeyd elədiniz?

- Əslində “Turan” ətrafındakı son olaylar bəlkə də iş yerimizi daha çox dəyərləndirməyə vadar elədi. Yəni istintaq dövründə hamını çağırırdılar, əməkdaşlara çoxlu təzyiqlər var idi. Amma bütövlükdə hamı layiqincə bu vəziyyətdən çıxdı, uşaqlar durdular. Əlbəttə ki, hər kəsin şəxsi həyatı var, maraqlar, xarakterlər fərqlidir. Amma bu vəziyyət bizi daha çox bir-birimizə yaxın elədi. Əsasən də bizi bağlayan 93 kv m-lik məkan bizi daha da yaxınlaşdırdı.  Rəhmətlik Vəfa Quluzadə “Azərbaycanda yeganə azadlıq adası” deyərdi. Tez-tez ofisə  gələrdi və deyərdi ki, mən bura azadlıq havasını almaq üçün gəlirəm. Ona görə də işdə qalıb işləmək istəyi var. Özümə gəldikdə, əlbəttə ki, bu vəziyyət xeyli problemlər yaradıb, ona görə də hansısa boşluqları doldurmaq üçün daha çox işləməyə məcbursan.

- Ümid edək ki, 65-70 illiyinizi inkişaf etmiş ölkədə qeyd edərsiniz...

- Mən heç vaxt yubiley keçirmək həvəskarı olmamışam. Heç vaxt mənim yubileyim təntənəli şəkildə olmayıb. Mən həmişə yubileyə sadə baxmışam, belə məsələlərə o qədər də əhəmiyyət vermirəm. Amma təbriklər oldu, sağ olsunlar. 89 yaşlı atam da “səni görum 100 yaşayasan” deyib, təbrik elədi.

- İllər öncə demişdiniz ki, ana tərəfiniz əslən Güneydən, Ərdəbildəndir, amma ana qohumlarınızla əlaqəniz itib. Ötən illərdə araşdırmaçı jurnalist heç olmasa özünün o taydakı qohumlarını axtarıb tapa bildimi?

“Qızım dedi ki, mən heç vaxt jurnalist olmayacağam. Bu, nə sənətdir, dəlixanadır...”

- Mən heç özüm-özümü tapa bilmirəm, nəinki o taydakı qohumlarımı. Bu işlərə o qədər başım qarışır ki...Bəzən konfranslara getmək lazım gəlir, ancaq vaxtım olmur, gedə bilmirəm. Ümumiyyətlə, son illər daha çox gərgin və qalmaqallı olub. 

- Yəni bu on ildə 10 gün tapa bilmədinizmi Ərdəbilə gedəsiniz?

- Əslində həqiqətən də tapa bilmədim. Mənim yoldaşım, daha çox da qızım qınaq edir ki, sən bir dəfə də bizi, ailəni götürüb harasa istirahətə aparmamısan. Nəinki xaricə e, Azərbaycanın hansısa bir rayonuna da aparmıram, çünki vaxt tapa bilmirəm. Atam Yardımlıda doğulub. Ora da vaxt olsa, xeyir işə bir günlük, yaxud Allah eləməsin, kimsə vəfat eləyəndə səhər gedib, axşam qayıdırsan. Yəni gedib bir neçə gün qalmağa demək olar ki, imkan olmur. Həqiqətən də indiyə qədər ailəlikcə nə gəzməyə, nə istirahətə getməmişik, bax, belə bir vəziyyətdə yaşayırıq. 

- Şəxsi həyatı bir tərəfə qoymusunuz...

- Deməzdim tamam bir tərəfə qoymuşam. Mən çalışıram ki, ailəm üçün nə isə edim. Məsələn, bazar günü evdə, ailədə olmağa çalışıram. Xoşlamıram ki, bazar, ya şənbə günləri harasa, hansısa tədbirə dəvət edirlər. Kimlərsə bazar günü iclas keçirəndə demişəm ki, bazar günü istirahət olmalıdır, bu gün hansısa iclas, tədbir keçirməzlər. Bu, müqəddəs gündür, ailə günüdür. Çünki biz iş adamlarıyıq, bizim bir günümüz var, onu da ailəyə həsr edirsən. Qalan günlər əlbəttə ki, gec gəlirsən. Yoldaşım deyir sən elə bil ki, yataqxanada yaşayırsan, evə ancaq yatmağa gəlirsən. (gülürük) Amma nə edəsən, belədir də vəziyyət. Ailə saxlamaq lazımdır, az da olsa, nə isə qazanırsan.

- Dediniz ki, istirahət üçün ailəlikcə bölgələrə belə gedə bilmirsiniz. Bəlkə də ona görədir ki, siz  illərdir könlünüzü dənizə vermisiniz. Elədir?

- Açığını deyim ki, mən dənizdən məhrum idim, ancaq bu il bir az başqa cür yanaşdım. Deyək ki, səhər saat 8-də dururam, 9-un yarısı işə gedirəm, axşam qayıdıram. Deməli, dənizi görmürəm. Bu dəfə fərqli qrafik qurdum. Səhər tezdən durub gedirdim dənizə, saat 8-ə qədər dənizdə olurdum, yeməyimi yeyib çimirdim, işə gedirdim. Yəni mən bununla kompensasiya elədim. Bu il dənizə tez-tez gedib üzürdüm. Kürdəxanıdan, həbsdən çıxandan sonra yaxşı vaxta düşdü. Sentyabrın 10-12 günü günəşli hava oldu. Elə səhərdən gedirdim, saat 2-3-ə qədər üzürdüm, otururdum dəniz kənarında, özümlə kofe, çay aparırdım, dostumla birgə istirahət edirdik. Bax, beləcə bir az istirahətin ləzzətini ala bildim. Evdən məni çağırırdılar ki, “gəl evə”. Başa düşürəm, darıxmışdılar, istəyirdilər evdə oturum.

- Yubiley ərəfəsində Kürdəxanıya düşmək də varmış taleyinizdə...Oradakı 18 gün 18 il kimi keçmədi ki?

- Yox, orda vaxt çox tez keçirdi. Əslində mən “zon”a getməyə hazırlaşırdım. Düşünürdüm ki, aşağısı 3 il olacaq. Birinci dəfədir ki, orda mən real istirahət elədim.(gülür) Çünki orada heç yerə getmək lazım deyil. Kitab oxuyursan, yatırsan. Gündə 2-3 dəfə idman edirdim. Bəzən uşaqlarla birgə krossvord həll eləyirdim. Telekanallara demək olar ki, baxa bilmirdim.

- Camaat da bayırda narahat idi ki, Mehman bəy həbsdədir...

- Hə, təxmini belə. Ancaq yenə deyirəm, son illərdə ilk dəfə idi ki, mən real olaraq istirahət elədim. Yenə də qalıb istirahət edərdim. Bəzən məhkəməyə gedirdik, qətimkan tədbirinin dəyişdirilməsi və s. bağlı. Vəkil Fuad Ağayevə deyirdim ki, ay Fuad, məni bu yola niyə salırsan, gül kimi oturmuşam da, qoymursan istirahət eləyim. Maşınla şəhərə get, məhkəmədə otur, qayıt, sən özün get, iştirak elə də.

- Gitarada ifa indi də davam edirmi?

- Yox, çox nadir hallarda olur. Son 3-4 aydır heç əlimə götürmürəm. Səhər gedirsən, axşam gəlirsən. Vaxt tapa bilmirsən. Ümumiyyətlə, bizim işimiz belədir. Jurnalistika çox pis sənətdir. Məmurlara baxıram, səhər saat 9-da işə gəlirlər, 6-da evə gedirlər, əksəriyyəti 8 saatını işləyir.  Bizdə iş 8 saat deyir axı. Bu gün hesabladım, aşağısı 6 saat kompüter qarşısında oturmuşam. 6 saat da adam kompüterdə oturar? Anormal bir şeydir. Çox çətin və səfeh işdir. Adam az olanda lap pisdir, digərlərinin də yerinə işləməyə məcbursan.

“Qənaətim belədir ki, vəziyyət kifayət qədər ağırdır”

- Məşhur ifadə ilə desək, deməli, ikinci dəfə dünyaya gəlsəydiniz, jurnalistikanı seçməzdiniz, eləmi?

- Yox, əlbəttə ki, olmazdım. Ümumiyyətlə, heç uşaqlıqdan məndə jurnalistikaya həvəs yox idi. Təsadüf oldu.

- Bəlkə də hərbi sahəni seçsəydiniz, indi çox məşhur bir general idiniz.

- Hərbi sahəni istəyirdim. Mən lap kiçik vaxtımdan valideynlərimdən tələb edirdim ki, - o vaxt hələ bizdə “Naxçıvanski” yox idi - məni göndərin Rusiyaya, “Suvorov” məktəbində oxumaq istəyirəm, hərbçi olacağam. Həmişə hərbçi olmaq istəmişəm. Amma 8-ci sinfi bitirəndə artıq musiqi ilə məşğul olmağa başladım. 1973-cü ildə məni hərbi komissarlığa çağırdılar. “Naxçıvanski” təzə açılmışdı. Hərbi komissar mənə rusca kitab verdi ki, “oxu”. Mən də rusca təhsil alırdım axı. Götürdüm kitabı, başladım oxumağa. Dedi gəl, səni “Naxçıvanski”yə göndərim. Artıq mən seçim etməli idim: ya hərbçi, ya da musiqiçi olmaq. Mən musiqiyə üstünlük verdim, hərbidən imtina etdim.

- Bəs, musiqiçi olaraq nə qazandınız?

- Musiqiçi olaraq o illərdə nə isə qazanmışam. Musiqi mənim əsas sənətim deyildi ki. Sadəcə olaraq hobbim idi.

- Niyə peşəkar musiqiçi olmaq istəmədiniz?

- Mən çətin ki, peşəkar musiqiçi olardım. Mən peşə məktəbində oxuyanda, ya zavodda işləyəndə işdən sonra gedib ifa edirdim. Elə bil ki, ürəyin üçün olan bir şey idi. Həm də səmərəli vaxt keçirmək üçün.

- Ailədə neçə övlad olmuşunuz?

- 3 qardaş idik. Mən ortancıl olmuşam. Kiçiyi bir il bundan əvvəl  vəfat elədi.

- Allah rəhmət eləsin! Mehman bəy, Azərbaycana qarşı basqılar artıb. Siz indiki durumda hansı qənaətdəsiniz? 

- Qənaətim belədir ki, vəziyyət kifayət qədər ağırdır. Hakimiyyət ciddi islahatlara getmək istəmir. Məncə, ciddi proqram da yoxdur. Sadəcə olaraq taktiki addımlar atırlar. Addımlar hakimiyyəti, öz mövqelərini, stabilliyi saxlamağa, cəmiyyətin fəallığının qarşısını almağa daha çox yönəlib. Ciddi, real, geniş islahatlar aparmaqdan qorxurlar. Çünki məncə, islahatların aparılmasını hakimiyyətin itirilməsi kimi görürlər. O da çox yaxşı perspektiv vəd eləmir. Əslində təkrar olunur. 2012-13-cü illərdə vətəndaş cəmiyyətinə ciddi basqılar var idi, həbslər gedirdi. Bu, onunla nəticələndi ki, Azərbaycan böhrana girdi. Təkcə iqtisadi böhrana deyil, sistemli böhrana. Nə müxalifətin, nə vətəndaş cəmiyyətinin, nə də ki, medianın bu böhranın yaranmasında iştirakı olmayıb. Bu böhranı hakimiyyət özü yaratdı. Əlbəttə ki, burada xarici təzyiqlər də olub. İndi təkrar olunur. Yenə də vətəndaş cəmiyyətinə basqı var, yenə də 2018-ci il seçkilərinə hazırlıq gedir. Mən açığını deyim ki, hansısa ciddi problem yarana bilər. Bu, çox təhlükəli bir durumdur.

- Mehman bəy, yuxarıda şikayətlənməyinizdən belə başa düşdüm ki, yeganə övladınızın jurnalist olmağını istəməzsiniz. Səhv etmirəm ki?

- Qızım hələ məktəbli olanda yay vaxtı onu özümlə “Turan”a aparırdım. Özü maraqlanırdı, mən də tapşırıq verirdim ki, xəbərlər hazırlasın. Sonra uşaqlar mətbuat konfransına gedəndə göndərirdim ki, get, qeydlər apar, sən də yaz. Bir dəfə qayıtdı ki, bilirsən nə var, mən heç vaxt jurnalist olmayacağam. Bu nə sənətdir, dəlixanadır. (gülür)

PİA.AZ kollektivi Mehman Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edir, uzun, sağlam ömür arzulayır! 

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

Türkiyə hərbçiləri NATO təlimindən geri çağırıb

bitmap-img3

Rakurs

BDU-nun dosentindən nazirə və DİM sədrinə açıq məktub

bitmap-img3

Seçmələr

Dil öyrənmə problemləri: 3 ayda xarici dil öyrənmək mümkündürmü?

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru