Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məhkəmə sabiq deputat Dünyamin Xəlilovun cinayət işi üzrə icraatı dayandırıb


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bank" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib


APA-nın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
 
Beynəlxlaq Bankın sabiq filial müdiri Faiq Baladadaşov ifadəsində deyib ki, kredit komitəsinib sədrli Akif Əliyev D. Xəlilova 1 milyon 500 min manat kredit verilməsini göstəriş verib.
 
Emil Mustafayev Beynəlxalq Bankın İdarə Heyətinin sədr müavini işlədiyini deyib. Onun sözlərinə görə, 2011-ci ildən 2015-ci ilədək bankın kredit komitəsinin sədri vəzifəsində çalışıb. O qeyd edib ki, Dünyamin Xəlilovun adına kreditləri Cahangir Hacıyevin göstərişi ilə rəsmiləşdirib: "Dünyamin Xəlilov bu kreditləri xaricdəkil layihələrə yönəldiləcəyini deyirdi. Dünyamin Xəlilov banka tez-tez gəlirdi, ancaq mən onunla görüşməmişəm".
 
Təqsirləndirilən D. Xəlilov isə buna etiraz edərək, E. Mustafayevlə dəfələrlə görüşdüyünü deyib: "Siz səmimi deyilsiniz. Biz sizinlə görüşmüşük, bunu niyə danırsız?".
 
Beynəlxlaq Baknın İdarə Heyəti sədrinin müşaviri Akif Əliyev isə ifadəsində deyib ki, bütün göstərişləri Cahangir Hacıyevdən alıb: "Bundan sonra mən filiallara sədrin adında göstəriş verdim ki, Dünyamin Xəlilovun layihələrinə maliyyə dəstəyi göstərmək lazımdır. 2011-ci ildən 2015-ci ilə qədər bankın baş direktoru işləmişəm, eyni zamanda kredit komitəsinin üzvü olmuşam. Dünyamin Xəlilovu uzun müddətdir tanıyıram, onun həm də Cahangir Hacıyevlə yaxın əlaqələri vardı. Cahangir Hacıyev Dünyamin Xəlilovu özü bizə təqdim edərək, ona kredit ayrılması barədə göstəriş verib. Bundan sonra Dünyamin Xəlilova verilən kreditlər heç müzakirə olunmurdu. Dünyamin Xəlilov Cahangir Hacıyevlə razılaşdıqdan sonra, banka göndərdiyi 30 nəfər şəxsin adına 6 milyon manat kredit götürüb. Bundan başqa 2008-ci ildə Dünyamin Xəlilovun hesabına 1 milyon 800 min ABŞ dolları kredit ayrılması ilə bağlı Cahangir Hacıyevdən göstəriş aldım və icra etdim".
 
Digər hahid Elşən Məmmədzadənin isə ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. O, bildirib ki, bankın nağdsız hesablaşmalar depaftamentinin direktoru vəzifəsində çalışıb. İfadəyə əsasən, D. Xəlilovun rəhbərlik etdiyi şirkətlərə 28 milyon ABŞ dolları məbləğində kredit ayrılması ilə bağlı komitənin qərarını imzalayıb.
 
Sonra prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxslərin əmlaklarına həbs qoyulduğunu, lakin bu əmlakların qiymətləndirilmədiyini deyib. O, buna görə məhkəmə əmtəəşünaslıq ekpertizasının keçirilməsini və təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş əmlakının qiymətləndirilməsi haqqında vəsatət qaldırıb.
 
Məhkəmə Kollegiyası vəsatəti təmin edib. Buna görə də ekspertiza ilə əlaqədar məhkəmə cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar qəbul edib.
 
Məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.
 
Qeyd edək ki, 2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox iş adamı saxlanılıb. "Globus Plaza"nın sahibi olan D. Xəlilov da dələduzluqda təqsirli bilinir. O, ötən ilin fevralında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılaraq, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. D. Xəlilov Cinayət Məcəlləsini 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.
 
Digər təqsirləndirilən şəxslər isə Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan İsmayılov, Mənsur Zeynalov, Rauf Əliyevdir. Dünyamin Xəlilovdan başqa digərlərinin barələrində həbs qətimkan tədbiri seçilməyib. Onlar ümumilikdə 50 milyon manat mənimsəməkdə təqsirləndirilirlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar