Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məhkəmə kosmetoloq Elnarə barədə qərar verdi

Adı müştəriləri ilə qalmaqalda hallanan kosmetoloq Elnarə Rzayeva barəsində məhkəmə qərar verib


 Nizami rayon Məhkəməsinin hakimi Elnur Nuriyev E.Rzayevanın iddiaçılara külli miqdarda təzminat ödəməsi barədə qərar çıxarıb.

İddiaya görə, E.Rzayeva bir müddət öncə gözəllik mərkəzlərindən birinin sahibəsi Nigar Məmmədova və onun bacısı Rəna Sultanova barədə sosial şəbəkələrdə təhqiramiz sözlər yazıb, onlara qarşı böhtan xarakterli müxtəlif ifadələr işlədib.


Rəna Sultanova

Buna görə də bacılar Nizami rayon Məhkəməsində E.Rzayevaya qarşı şərəf, ləyəqat və işgüzar nüfuzu ləkləyən məlumatların təkzib edilməsi və 50 min manat təzminat ödənilməsi ilə bağlı iddia qaldırıb.

İddiaçılar məhkəmədə bildirib ki, E.Rzayeva onların əl işlərini öz səhifəsində paylaşıb. Ondan tələb edilib ki, həmin şəkilləri oradan götürsün. Bundan sonra E.Rzayeva bacıların şəkillərini sosial şəbəkələrdə paylaşıb, təhqirlər yazıb. Hətta canlı yayım vasitəsilə bacıların sahibi olduğu gözəllik mərkəzinin işçilərinə böhtan atıb, müştərilərə tətbiq edilən preparatların keyfiyyətsiz olduğunu iddia edib.


Nigar Məmmədova

Məhkəmə iddianı qismən təmin edib. Qərara əsasən E.Rzayeva sosial şəbəkələrdə iddiaçılardan üzr istəməli və on min manat təzminat ödəməlidir. 

Xatırladaq ki, son günlər Elnarə Rzayevanın prosedurları nəticəsində ziyan görmüş insanların sayı artmaqdadır.   E.Rzayevanın prosedurlarından zərər görmüş Validə Rzayeva, Aygün Məmmədova, G.O-ova, Xatirə Fərzullayeanın şikayətləri əsasında hüquq mühafizə orqanlarında araşdırma gedir. (Criminal.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar