Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məhərrəm Əliyev bir neçə dəfə istefa verib?

Keçmiş «Qorotdel» rəisi yorulub


Tacikistan sürgünün ardından müəyyən müddətə işsiz qalan, sonradan Prezident Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilən general-leytenant Məhərrəm Əliyev son günlərdə işə böyük fasilələrlə gəlir. Xatırladaq ki, Məhərrəm Əliyevin özünü yeni postunda diskomfort hiss etməsilə bağlı hələ xeyli əvvəldən məlumat vermişdik.

Ötürülən informasiyalardan aydın olur ki, PA rəhbərliyi üçün arzuolunmaz şəxs hesab olunan Məhərrəm Əliyev hələ də yeni görəvində uğurlu nəyəsə nail ola bilməyib: «Nəinki nail ola bilməyib, ümumiyyətlə, onun səlahiyyətlərinin nədən ibarət olması barədə dəqiq konturlar mövcud deyil. Elə buna görə də Məhərrəm Əliyevə yalnız müvafiq olaraq PA-ya ünvanlanan vətəndaş şikayətlərinin araşdırılması tapşırığı verilir. Bir növ məktublar şöbəsinin bir strukturunun rəhbəri kimi Məhərrəm Əliyevə yanaşılır».

Təbii ki, general-leytenantın mövcud mənzərə ilə barışmadığını bildirən mənbəmiz onun yeni işinə davamiyyət baxımından etinasız yanaşmasının nədəni kimi də qeyd olunan məqamı göstərməkdədir.

Məlumatlara görə, artıq PA-da işləmək istəməməsi barədə Məhərrəm Əliyev yaxınlarına da fikrini bölüşüb: «Amma ona himayədarları bildirib ki, seçkidən sonraya qədər səbr etməlidir».

Nə üçün? - Bunu artıq zaman göstərəcək…(dia.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar