Xəbər xətti

19 APREL

15:25 “Koroğlu” stansiyasının giriş-çıxışlarından biri müvəqqəti bağlanacaq

15:20 DİM Azərbaycan dili fənnindən test imtahanı keçirəcək

15:07 Hollivud ulduzu İlham Əliyevi təbrik etdi

15:03 Prezident İlham Əliyev Corc Buşa başsağlığı verib

14:57 Ağ evdə müzakirə: Suriyadan çəkilməli, yoxsa qalmalı?

14:53 “İqtidar komandasında yeniliklər olacaq” – Deputat

14:46 “Suriyada 1 ay öncə ruslarla çox amansız döyüşümüz oldu” – Tramp

14:40 Salyanda 5 kiloqram narkotiklə tutulan narkobaron necə azad olunub?

14:35 Ötən il Azərbaycanda 37 618 abort icra edilib

14:30 Bakıda yaşayış binası yanır

14:25 Yerevanda etirazçılar ABŞ səfirliyinə doğru hərəkət edir

14:20 Azərbaycan” Nəşriyyatı “Azərsu” ASC-ni məhkəməyə verdi

14:18 Səhiyyə Nazirliyi bu il baş vermiş ana ölümlərinin sayını açıqlayıb

14:13 “Prezidentin milli birlik mesajı bütün xalqları birləşdirir” - Niyaz Niftiyev

14:08 “Hüquq müdafiəçisi üç polis əməkdaşına xəsarət yetirib” - DİN

14:04 Prezident NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı ilə görüşüb

13:32 “Faytonçu Nazim” məhkəməni uduzdu

13:27 Şəmkir-Gədəbəy yolunda ağır qəza: Yaralılar var

13:25 “Erkən nikah milli ailə dəyərlərimizə ziddir!”

13:23 Bu gün və sabah Bakının əsas yollarında hərəkət məhdudlaşdırılacaq

13:19 Duyğularını təmizlə...

13:15 Bakıda oğurluqla məşğul olanlar tutuldu

13:11 Kəmaləddin Heydərov Atom Enerjisi Agentliyinin rəhbəri ilə görüşüb

13:07 Rusiya və ABŞ generalları yenidən Bakıdadır

13:03 Ermənistanda aksiya zamanı jurnalist döyüldü

12:58 “Aygün Kazımovaya oxşamaq istəmişik” - Pişik Günel

12:54 Qurban Qurbanov: “Futbol həmişə sürprizlərlə doludur”

12:49 Qırğızıstan hökuməti istefaya göndərildi

12:45 “Rahat” marketlər şəbəkəsi: “Yazılanlar doğru deyil”

12:41 Sərkisyan İrəvana xüsusi dəstə yeritdi – Video

12:37 Yağış yağacaq, temperatur 4-8 dərəcə enəcək - Xəbərdarlıq

12:33 ETSN: Bakı və Abşeron yarımadasında tozun miqdarı normadan 37 faiz yuxarıdır

12:28 Rusiyalı hərbi ekspertdən müharibə anonsu

12:24 DİM: Ali məktəblərə qəbulla bağlı hazırlıq kursları təşkil etmirik

12:19 Elçin Şıxlı: “Arada bir neçə nəfərin başı gedəcək”

12:15 “İran Suriyadan çıxmasa, onunla müharibə qaçılmaz olacaq” – İsrailli general

12:11 Azərbaycanda dələduzluq edən şəxs İnterpol xətti ilə axtarılır

12:07 Azərbaycanda din xadimlərinə maddi dəstək veriləcək

12:03 “Forbes”: Vahid Ələkbərov 16,4 mlrd. dollarlıq sərvətlə Rusiyanın 4-cü ən varlı iş adamıdır

11:59 Bakı sakinindən 5 kq narkotik götürülüb

11:55 Amaliya Pənahovanın yeni görünüşü təəccübləndirdi – Foto

11:51 Ombudsmanın hesabatı aprelin 24-də Milli Məclisdə müzakirəyə çıxarılacaq

11:47 Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız

11:43 Hacıqabulda yük maşını aşdı, 30 ton sement yola dağıldı

11:39 Təhlükəli selfi: Məktəblini cərəyan vurdu

11:35 Yerevanda onlarla müxalifətçi saxlanıldı

11:31 Azərbaycan Gürcüstandan avtomobil idxalını 6 dəfəyə yaxın artırıb

11:27 Məmur olmaq istəyən yaşlı namizədlərin heç biri imtahanda uğur qazana bilməyib

11:23 İranda güclü zəlzələ oldu – 5,9 bal gücündə

11:17 Toy edənlərə xəbərdarlıq

11:13 Merkel Trampa: “Rusiyaya sanksiya dayansın”

11:08 Türk-İran yaxınlaşmasına ərəb baxışı

11:04 Bu gün Şəmkirdə Şəhriyar Məmmədyarov dünya çempionu ilə qarşılaşacaq

11:00 Hindistanda fırtına 18 nəfərin ölümünə səbəb olub

10:54 Moskvada “Quli”yə qarşı müharibə hazırlığı: “Beyləqanski” dəstə yığır

10:49 Orxan Pamuk haqda 6 kitab çıxdı

10:44 Həlak olan və itkin düşən hərbi qulluqçuların ailələrinə 11 min manat ödəniləcək

10:39 Millimiz “Qarabağ” a uduzdu

10:35 Şamaxı və Ağdaşda 10 yaşlı iki məktəblini avtomobil vurub

10:31 Tanınmış türk şairi vəfat etdi

10:27 Dövlət qulluğu imtahanlarında keçid balını toplayanların sayı açıqlanıb

10:22 Aprelin 23-dən rayon qeydiyyatlı avtomobillərin Bakıya girişi məhdudlaşdırılacaq

10:18 ATƏT-in sabiq həmsədri vəfat edib

10:14 30 yaşlı qadını əri bıçaqladı

10:10 İrəvanda etirazların yeni dalğası başladı

10:07 Saatlıda ər arvadını bıçaqlayıb

10:04 “BP-Azərbaycan” ətrafında qalmaqal böyüyür

10:00 Minsk qrupunun fransalı sabiq həmsədri vəfat etdi

9:57 Mövqelərimiz snayper və minaatanlardan atəşə tutulub

9:54 Tramp və Kim Çen Inın görüşü İsveçrədə baş tuta bilər

9:50 Naxçıvana 3 ayda 100 minə yaxın turist gəlib

9:47 Bakıda tozun miqdarı 30 faiz artdı

9:43 Neft bahalaşdı

9:40 Məsud Aşina: “Biz hələ xalq olaraq tarixdə hər şeyi etməmişik”

9:37 Azərbaycan dünyanın yüzdən çox ölkəsi arasında olimpiadaya qatılacaq

9:33 Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız

9:30 Bakıda toy sahiblərinə xəbərdarlıq

9:27 İlham Əliyevin yeni prezidentlik müddətinin sensasion mesajları

9:23 “Britaniya “Skripalın işi” üzrə dəlilləri məhv edir” - Nebenzya

9:20 Hava nəqliyyatı ilə 103 min 656 ton yük ixrac etmişik

9:17 Bakı yeni silahlar almaqla müharibə hazırlıqlarını gücləndirir?

9:14 Bakıda yük maşını 3 nəfəri vurdu

9:10 Köhnə hökumət üzvləri müvəqqəti vəzifədə qaldı

9:07 İndoneziyada zəlzələ, ölən və yaralananlar var

9:03 ABŞ Dövlət Departamentindən Sərkisyan rejiminə bəraət kimi bəyanat

9:00 Azərbaycan ordusu dünyanın ən güclülərinin - Siyahısında

0:59 Əməliyyata 50 min xərclədi, görünüşü lağa qoyuldu - Fotolar

0:47 Neymar: “Dünya çempionatında oynamaq arzumdur”

0:34 İnstaqram bu telefonlarda işləməyəcək

0:21 İbrahimoviç: “Mənsiz keçən mundial dünya çempionatı deyil”

0:13 Təyyarədə ayaq üstə getmək mümkün olacaq

0:02 Bu gün bürcünüz nələr vəd edir?

18 APREL

23:59 Eks qudasından baş liftçi Qüdrət Şükürova ağır ittihamlar

23:54 Azərbaycan “İsgəndər”ə qarşı raket alır - Video

23:48 Türkiyədə daha 3 min hərbçi işdən çıxarılacaq

23:42 38 yaşlı qadın özünə bıçaqla xəsarət yetirdi - Masallıda

23:36 Meksikada toqquşmalar nəticəsində 16 nəfər ölüb

23:30 “Namizədimiz hörmətli Rəcəb Tayyib Ərdoğandır” - Dövlət Bağçalı

23:24 Gürcüstan İTV Azərbaycan dilində xəbərlər yayımlayacaq

23:18 Tramp MKİ başçısının Kim Çen Inla görüşdüyünü təsdiqlədi

23:12 “Qəbələ” klubu Azərbaycan Kubokunun finalına vəsiqə qazanıb

23:06 Azərbaycan Rusiya və İrana yumurta ixrac edə bilər

23:00 İngiltərəyə “Breksit” şərti qoyuldu

22:55 3 qadın təyyarəni bir-birinə qatdı - Video

22:49 Qətər Əmiri Azərbaycan prezidentini təbrik edib

22:43 İki avtomobil toqquşub, xəsarət alanlar var

22:37 Kubada prezidentliyə namizəd məlum olub

22:31 Putinin zirehli limuzini satışa çıxarılıb

22:25 Avtomobil bazarında qiymətlər sabitləşib

22:19 Etirazçılar Yerevanda meriyanı mühasirəyə aldılar

22:13 “Mitsubishi” 86 mindən çox avtomobili geri çağırır

22:07 “Sumqayıt” – “Keşlə” matçında dava düşdü – Video

22:01 ABŞ Suriyaya yeni zərbələr endirə bilər

21:56 Azərbaycan əhalisinin banklarda 7.7 milyard manatdan artıq pulu var

21:50 Türkiyənin bıçaqlanan keçmiş müdafiə naziri öldü

21:44 4 nəfərin ölümündə təqsirləndirilən müstəntiqə bəraət verildi

21:38 Sumqayıtda top mərmisi aşkarlanıb

21:32 Paytaxtda mənzil yandı

21:26 İrəvanda saxlanılanların sayı 91-ə çatdı

21:20 Qardaşının məzarı başında bibisini öldürdü - Qubadakı qətlin təfərrüatı



MÜSAHİBƏ

...

Məhəmmədəli Qəribli: “Mediaya təsadüfən gələnlərin sayı çoxdur”

Tarix 14.12.17, 15:48

Font ölçüsü : - / +
bitmap-img6


PİA.AZ azinforum.az saytının təsisçisi və baş redaktoru Məhəmmədəli Qəriblinin 1905.az-a müsahibəsini təqdim edir:


– Məhəmmədəli müəllim, sanki bir çox ciddi mövzular mediada arxa planda qalıb. Ciddi mövzuları avansəhnəyə gətirmək üçün media quruluşlarının rəhbərləri nə edə bilərlər?

– Həqiqi jurnalistika ilə məşğul olan, onun təəssübünü çəkən, fəaliyyəti məhz bununla bağlı olan hər bir kəsi bu sual çox düşündürür. Amma buna bir qədər kompleks yanaşmaq lazımdır. Yaşımız elədir ki, sovet dövrü mediası ilə indiki media arasında müqayisə apara bilirik. Görürük ki, bu iki dövr mediası arasında kəskin fərq mövcuddur. Məsələn, gəlin biz kriminal mövzunu götürək. Adama elə gəlir ki, əvvəllər bu qədər kriminal hadisələr baş vermirdi. Əlbəttə, indi əhalinin sayı artıb, şəhərlər inkişaf edib, müvafiq olaraq kriminal hadisələr də çoxalıb. Sovet dövründə də kriminal hadisələr baş verirdi, amma Azərbaycan mətbuatı nəzarət altında olduğundan, xəbərlər süzgəcdən keçirilib və mediaya daşınmayıb. Qeyri-ciddi mövzuların mediada bu qədər geniş yayılmasını şərtləndirən əsas səbəblərdən biri, vətəndaş jurnalistikasının geniş inkişaf etməsi ilə bağlıdır. Bu gün texniki vəsait və sosial şəbəkələr az qala hər kəsə jurnalist fəaliyyəti ilə məşğul olmaq imkanı verir. Balaca bir xəbər və şəkil böyük bir məzmundan xəbər verə bilər. Və əsl jurnalistika üçün xammal rolu oynayar. Son 5 il ərzində görünür ki, vətəndaşların bu işə meyli artıb. Tutaq ki, bir nəfər damdan özünü atmaq istəyir, jurnalistlər xəbər tutana kimi bu barədə xəbər, foto və video artıq sosial şəbəkələrdə yayılır. Hətta elə olur ki, jurnalistlər həmin xəbəri vətəndaşın Facebook profilindən, bloqundan və Youtube kanalından götürüb, yayırlar. Bu gün xəbər saytlarının bolluğudur, hətta ifrat dərəcədə çoxalıb. Amma saytların ixtisaslaşmasında problem var. Məsələn, əvvəllər ictimai-siyasi, hüquq qəzetləri olurdu. İndi isə hər kəs hər şeydən yazır. Siyasi ağırlıqlı xəbər saytları, bizim lazımsız saydığımız xəbərləri verməyəndə, həmin sayta giriş sayı kəskin surətdə aşağı düşür və rəqabətdə uduzur. Qəzetdə çərçivə var. Mən ilk gündən qəzet jurnalistikası ilə məşğulam və bilirəm ki, 16 səhifəlik qəzetdə hansı mövzuya neçə səhifə veriləcək. İstəsək də, əhəmiyyətli mövzunu kənara qoyub, qeyri-əhəmiyyətlini sala bilmirik. Saytlarda isə belə “baryer”lər yoxdur.

– Yaxşı qeyd etdiniz ki, qəzetdə ənənəvi bölgü var. Rəsmi xəbərlər, ictimai-siyasi, iqtisadi, mədəni, idman və hava haqqında xəbərlər bir-birinin ardınca gəlir. Kriminal xəbər də olsun, şou-biznes xəbərləri də, amma axı ciddi mövzulr çox az işıqlandırılır.

– Təəssüf ki, mediaya təsadüfən gələnlərin sayı çoxdur. Mediaya tramplin kimi baxanlar da var. Yaxud bütün bu əziyyətlərə qatlaşıb qalanlar da var. Məncə, Azərbaycan jurnalistikasının çiçəklənmə dövrü 1990-cı illərə təsadüf edir. Əvvəlki entuziazm indiki jurnalistlərdə yoxdur. Hərçənd indiki jurnalistlərin əvvəlkilərlə müqayisədə əmək haqları da çoxdur, texniki imkanları da genişdir. İndiki jurnalistlərin həvəsləri yoxdur. Düşünürəm ki, onları redaktorlar stimullaşdırmalıdır. Üstəlik kadr qıtlığı da var. Bütün ürəyimizdən keçənləri edə bilmirik. Amma imkanları geniş, kadrları çox olan media quruluşları, təsisatları da bəzən bunları etmir. Dediyiniz çatışmamazlıqları görə mən daha çox həmin saytları qınayıram. Bu baxımdan məsuliyyət də həmin saytı yönədən jurnalistlərin üzərinə düşür. Dediyiniz kimi, bu gün biz mediada ciddi yazıların, araşdırmaların və hətta reportajların qıtlığını müşahidə edirik.

– Ənənəvi olaraq auditoriya da günahlandırılır. Məsələn, hansısa redaktor deəy bilər ki, qanuni oğrularla bağlı yazdıqları yazını 50 min nəfər, ciddi yazını isə təqribən 500 nəfər oxuyur. Üstəlik ciddi yazıların yazılmasına çeşidli tabular da mane olur.

– Mən bununla bağlı bir məsələyə toxunmaq istəyirəm. Mən fəal Facebook istifadəçisiyəm. Hər gün də müəyyən şərhlər yazıram və bölüşürəm. Bir gün tanıdığım bloger yazdı ki, məndən müsahibə götürmək istəyir. Mövzunu öyrəndim, cavab verdi ki, mənim Facebook fəaliyyətimlə maraqlanır. Deməli, müsahibəni çəkir və öz Youtube kanalında yerləşdirir. Gəldi, oturduq, söhbət etdik. Qoca-Fədayə Laçın olayları həmin dövrdə aktual idi. Müxtəlif suallardan sonra, dedi ki, Qocanın qatardan qaçması ilə bağlı mənim statusumu oxuyub. Mən yazmışdım ki, onun qaçmasında “konvoy”ların da rolu olub. Bundan sonra rəsmi versiya elan olundu və mənim statusumda qeyd olunanlarla üst-üstə düşdü. Bizim müsahibəmizin çox az hissəsi bununla bağlı idi. Həmin şəxs gedib məhz müsahibənin bu hissəsini Youtube-da yerləşdirmişdi və az bir zaman ərzində 175 min nəfər izləmişdi. İndi isə baxış sayı lap çoxdur. Müsahibənin qalan hissəsi ilə bağlı soruşanda isə dedi ki, onu hissə-hissə verəcək. Hələ ki, o biri hissələrdən xəbər yoxdur. Deməli, oxucu ancaq bu cür xəbərləri gözləyir. Yəqin elə bilir ki, jurnalist Məhəmmədəli Qəriblinin ictimai-siyasi hadisələrə reaksiyası bu qədər maraqla qarşılanmayacaq. İndi sualınıza qayıtmaq istəyirəm. İnternetə giriş məhdudiyyəti yoxdur. Qəzeti isə daha çox yaşlı və orta yaşlı təbəqə alır. Sayt oxucuları isə hiss olunur ki, ciddi xəbərlərə, yazılara meyil göstərmirlər. Amma bu o demək deyil ki, bizim media məhz həmin şəxslərin ardınca getməlidir.

– Əslində isə media məhz “sensasiyalı” xəbər dalınca gedir. Amma audotoriyanı günahlandıranda şərti olaraq “ciddi mövzu” adlandıra biləcəyimiz mövzularda da oxumaq istəyən adamların mövcudluğunu unutmamalıyıq.

– Bilirsiniz ki, çox vaxt Qərb mediası ilə rus mediasını müqayisə edirlər. Qərb mediasında xəbər jurnalistikası, operativ jurnalistika daha çox inkişaf edib, Rusiyada isə analitik jurnalistika. Bu gün heç Qərb mediasında da analizlərə çox rast gəlinmir. Türk mətbuatı da Qərb jurnalistikasının təsiri altındadır. Araşdırma jurnalistikası isə Rusiyada indi də çox güclüdür. Bu gün çoxları şikayət edirlər ki, qəzetlər oxunmur, satılmır. Sizi inandırıram ki, elə mövzular var ki, qəzetlər onlardan yazsalar, qəzeti əl-əl axtararlar.

– Belə qənaətə gələ bilərikmi ki, ciddi, düşünməyə meyilli və nəticə çıxara biləcək oxucuları maraqlandıran materiallan olmaması səbəbləri aşağıdakılardır: jurnalistlərin peşə hazırlığının aşağı düşməsi, auditoriyanın “zövqü”, nəhayət, tabuların mövcudluğu. Bu tabular haqqında nə demək olar? Jurnalistlər bəzən iddia edirlər ki, onlar elə bir yazı yazıbmışlar, amma redaktor onun dərcinə imkan verməyib.

– Bu gün jurnalistlər üçün unikal imkanlar yaranıb. Hətta redaktorun buraxmadığı yazıları da Fasebook-da dərc edə bilərlər. Mən məsələn, bu gün balaca bir status yazdım, ümumi götürsək, bəlkə də 100 min dəfədən artıq oxunub. Halbuki mən bu statusu bir anons kimi vermişdim. Anons material kimi oxunub və ona maraq artıb. Düzdür, həm keçmişdə, həm də indi jurnalistlər bilirlər ki, bəzi məsələlər barəsində yazmaq o qədər də məqsədəuyğun deyil. Amma bəzi şəxslərin yazılan yazılara münasibəti, dözümsüzlüyü də anlaşılan deyil. İnsan ilk növbədə öz səhvini etiraf etməlidir. Sən səhv edəcəksənsə, jurnalist də bunu yazacaq. Hər halda tabular yazmamaq üçün əsas deyil.

– Gəlin bir qədər də özünüsenzuradan danışaq. Mən tabulardan qaynaqlanan özünüsenzuranı nəzərdə tutmuram. Bəzi insanlar üçün media sadəcə olaraq iş yeridir.

– Jurnalistika yalnız maaş verilən iş yeri deyil. Jurnalistdə bir qədər həvəs də olmalıdır. Dünyanın çox yerində heç jurnalistika bir sənət kimi tədris olunmur. Azərbaycanın da praktikasında görürük ki, bir çox media qurumlarının rəhbərləri, tanınmış jurnalistlər heç jurnalistika fakültəsini bitirməyiblər. Bu bir yaradıcılıq sahəsidir. Amma dediyiniz kimi, özünüsenzura da mövcuddur. Mental dəyərlər bəzi mövzuların üstündən keçməyi şərtləndirir. Bir çox mövzular da var ki, onların işlənilməsi cəsarət tələb edir. Bu gün jurnalistika ilə bağlı bir çox layihələr icra olunur. Lakin tutaq ki, elə sahələr var ki, jurnalistlərin çoxu onu bilmir. Mən də daxil olmaqla bir çox jurnalistlər çəkilişlər aparır, amma onun montajını edə bilmirlər. Olmazdımı ki, jurnalistlər üçün bu video-montaj işini öyrədən bir neçə aylıq kurslar təşkil olunaydı? Bu işi bacarsaydım, kameranı götürüb, ən riskli yerlərdə belə çəkilişlər aparardım. İşi öyrənəndən sonra onu hətta əlimiz çatan texnikalarda da icra etmək olardı. Jurnalistikada nəsə etmək istəyən yetərincə həvəsli insanlar var. Bilirsiniz, biz oxucunu hansısa materialı oxumağa məcbur edə bilmərik. Yaxud oxucu nəyisə yazmağı jurnalistdən tələb edə bilməz. Bununla belə deyə bilərəm ki, ciddi jurnalistika, ciddi yazılar həmişə yadda qalır. Elə bunu öz üzərimdə də hiss etmişəm. Neçə illər sonra kimsə yadına salır ki, mənim hansısa yazımı filan vaxt oxuyubmuş. Bu göstərir ki, oxucu qiyməti düzgün qiymətdir. Yazdığın gözəl yazı, ciddi araşdırma həmişə ünvanına çatır.

Mən dövlətin mediaya qayğısından da danışmaq istərdim. Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu KİV-lərə maddi yardım ayırır. Mövzulara və ayrılan məbləğə baxanda aydın olur ki, bir yazıya kifayət qədər vəsait düşür. Dövlət vəsait ayırıb, mövzular müəyyənləşdirilib: Azərbaycanda milli-mənəvi dəyərlərin təbliği, gənc nəsildə vətənpərvərlik hisslərinin təbliği, Azərbaycançılıq ideologiyasının təbliği, reket mediasının qarşısının alınması, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan həqiqətləri və s. Baxırsan ki, mövzular yetərincə ciddidir. Mövzuları necə və hansı istiqamətdə işləmək isə redaksiyaların öz seçimindən asılıdır. Bu baxımdan redaksiyaların üzərinə böyük yük düşür.

– İndi də Sizin öz karyeranızdan danışaq. Media yolunuz, mərhələlər və planlarınız barəsində.

– Böyük mütəfəkkirlərdən birinin sözüdür: “Arzularınızı qısaldın ki, bəlkə xoşbəxt olasınız”. Dəfələrlə görmüşəm ki, dərindən düşündüklərim heç vaxt baş vermir. Amma bu hədəflərimizin olmaması anlamına gəlmir. Heç olmasa yarımstrateji hədəflərimiz olmalıdır. Mən universitetdə oxuduğum vaxtlarda jurnalistikaya başlamışam. Müxtəlif qəzetlərdə çalışmışam. Artıq 7 ildir ki, “Bakı-xəbər” qəzetində işləyirəm. 2013-cü ildən isə azinforum.az saytını da təsis etmişik. Çox məhdud imkanlar çərçivəsində saytı yaşatmağa və dirçəltməyə çalışırıq. Tam bizi qane etməsə də, bu gün özünə müəyyən yer tutub, layihələr həyata keçiririk, yazdıqlarımıza ciddi reaksiyaların olduğunu görürük. Sosial problemlərlə bağlı qaldırdığımız məslələr həllini tapır, informasiyalarımız daha yaşlı, daha imkanlı saytlar tərəfindən tirajlanır. Bu, bizi sevindirir, amma hələlik təbii ki, tam qane etmir. Hədəflərimiz böyükdür.

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

Azərbaycanda din xadimlərinə maddi dəstək veriləcək

bitmap-img3

Rakurs

“Lider” şirkətindən mal əti salosu fırıldağı - Foto

bitmap-img3

Seçmələr

Azərbaycan İsrailə deyil, Ermənistana səs verib?

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru