Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məhəmməd Əmin Rəsulzadənin məktubları ilk dəfə nəşr olunub



M.Ə. Rəsulzadənin “Məktublar. Şəfibəyçilik” kitabı işıq üzü görüb


Oxuculara təqdim olunan bu kitabda Azərbaycan Xalq Cümhuriyyətinin banisi M.Ə. Rəsulzadənin 50-yə yaxın məktubu, eləcə də onun 1934-cü ildə İstanbulda işıq üzü görmüş “Şəfibəyçilik” əsəri ilk dəfə olaraq latın qrafikası ilə Azərbaycan dilində nəşr edilib.

Həmin məktubların əksər hissəsi 1988-ci ildə diplomat və mühacirət tarixinin görkəmli tədqiqatçısı Ramiz Abutalıbov tərəfindən Parisdə aşkarlanaraq, Azərbaycana gətirilib.

Kitabın ikinci hissəsini təşkil edən “Şəfibəyçilik” əsəri ötən əsrin 20-30-cu illərində həm Azərbaycan siyasi mühacirəti, həm də Müsavat Partiyası daxilində cərəyan edən prosesləri anlamaq baxımından çox qiymətli tarixi mənbədir.

Kitab Klubu tərəfindən nəşr edilmiş toplunun tərtibçisi, ön sözün və izahların müəllifi tarix elmləri doktoru Aydın Balayevdir. Kitab Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Moskvada fəaliyyət göstərən “Məmməd Əmin Rəsulzadə Məclisi” cəmiyyətinin dəstəyi ilə nəşr olunub.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ən çox oxunanalar