Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mehdiabadda avtoxuliqan və qohumları polislərə hücum edib


Ehsan Zahidov: “Nurlan Manafov və onun qohumları polisin qanuni tələbinə tabe olmaq əvəzinə...”


Əldə etdiyimiz məlumata görə, bu gün (29 iyul, 2015-ci il) Binəqədi rayonu ərazisində avtoxuliqanlıq edən sürücü və onun qohumları ilə Yol Polisi əməkdaşları arasında qarşıdurma yaranıb.

Musavat.com xəbəri dəqiqləşdirmək üçün DİN-nin Mətbuat Xidməti ilə əlaqə yaradıb. Xidmətin rəis müavini Ehsan Zahidov xəbəri təsdiqləyib. 

O, bildirib ki, iyulun 29-da saat 11 radələrində Binəqədi rayonu ərazisində əvvəllər məhkum olunmuş Nurlan Manafov “Tofaş” markalı avtomobili idarə edərkən sürət həddini aşıb: “Üstəlik nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik etdiyinə görə ərazidə xidmətdə olan Yol-Patrul Xidmətinin əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib. 

Polisin qanuni tələbinə məhəl qoymayan sürücü avtomobilin sürətini daha da artıraraq  yol hərəkəti qaydalarını davamlı şəkildə pozmaqla digər hərəkət iştirakçıları üçün real qəza şəraiti yaradaraq avtoxuliqanlıq hərəkətlərini davam etdirərək Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki yeni yaşayış massivinə daxil olub”. 

 
 
E.Zahidov deyib ki, cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirməklə kobud qayda pozuntusu və avtoxuliqanlıq hərəkətləri törədən sürücünün məsuliyyətə cəlb edilməsi üçün qeyd edilən ünvana gələn Binəqədi RPİ  DYPŞ-nin əməkdaşları Nurlan Manafovun qohumlarının zor tətbiqi və  kobud müdaxilələri ilə üzləşiblər: “Əllərində müxtəlif kəsici və küt alətlər olan bir neçə şəxs xidməti vəzifələrinin icrasını həyata keçirən polis əməkdaşlarına qarşı zor tətbiq edərək onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, xidməti BMW markalı avtomobilə isə maddi ziyan vurublar.

Dərhal görülən tədbirlər nəticəsində hadisənin iştirakçıları əvvəllər məhkum olunmuşlar Nurlan Manafov və Vüsal Əliyev, eləcə də Teymur Əliyev, Rəcəb Manafov, Xatirə Əliyeva saxlanılıblar. Müvafiq təlimata uyğun olaraq onlar xidməti “Fiat Doblo” markalı avtomobildə RPİ-yə gətirilərkən Rəcəb Manafov yolda qaçıb, Xatirə Əliyeva isə qaçmağa cəhd edərkən yıxılaraq xəsarət alıb”.

E.Zahidov bildirib ki, faktla bağlı Binəqədi RPİ-də cinayət işi qaldırılıb, araşdırmalar aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar