Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mehdiabad-Pirşağı avtomobil yolu yenidən qurulur


20 mindən artıq əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mehdiabad-Pirşağı avtomobil yolu yenidən qurulur


Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, 7.2 km uzunluğunda olan yol əsaslı şəkildə təmir olunmadan istismar olunduğu üçün asfalt-beton örtükdə qabarmalar və deformasiyalar əmələ gəlmişdi. Bu isə hərəkətin fasiləsiz və təhlükəsiz təmin olunmasına maneə yaradırdı. Sözügedən yolun bu il Bakı şəhərində yenidən qurulması nəzərdə tutulan qəsəbələrarası yolların siyahısına daxil edilməklə problem artıq öz həllini tapır.

Yol boyu layihə əsasında tam yeni və müasir yol infrastrukturu yaradılır. Yenidənqurma işləri zamanı bütün hərəkət iştirakçıları nəzərə alınmaqla sürətlə və yüksək keyfiyyətlə işlər aparılır. Belə ki, avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə mövcud eni 7 metr olan yolun hərəkət hissəsinin imkan daxilində 8-9 metrə qədər genişləndirilməsi işləri aparılır, vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün isə yolun yaşayış məntəqələrindən keçən hissələrində ərazilərdən asılı olaraq müxtəlif enlərə malik yeni piyada səkiləri tikilir, kənarlarına yeni səki daşları düzülür.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar