Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Medvedev İrəvana iqtidardakı Qarabağ klanını xilas eləməyə gedir?


Sanksiyalardan boğulan Rusiyanın baş naziri Ermənistanı iqtisadi kollapsdan qurtarmağa gedir, yoxsa iqtidardakı Qarabağ klanını xilas eləməyə?..


Rusiya baş naziri Dmitri Medvedev sentyabrın 8-9-da Ermənistana səfərə gedəcəyi bəlli olub. Ermənistanda nəşr edilən “Jamanak” qəzetinin yazdığına görə, səfər zamanı əsasən iqtisadi əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Aydındır ki, istənilən ölkənin baş naziri hansısa başqa ölkəyə etdiyi ziyarəti çərçivəsində yerli hökumətlə ən əvvəl iqtisadi-maliyyə məsələləri ətrafında danışıqlar aparır.

Ancaq konkret halda özəllik ondan ibarətdir ki, bu, getdikcə Qərbin daha güclü iqtisadi sanksiyaları ilə üzləşən bir dövlətin - Rusiyanın baş nazirinin Güney Qafqazda Kremlin əsas forpostu olan Ermənistana səfəridir. Yəni ona sıradan hadisə kimi baxmağa gərək qalmır.

Elə erməni nəşri də onu vurğulayır ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Ermənistanda iqtisadi kollapsa səbəb ola biləcəyindən “böyük qardaş” vəziyyətdən çıxış üçün köməyini əsirgəməməlidir. Çünki Ermənistan qədər postsovet məkanında Rusiyanın iqtisadi asılılığında olan ikinci ölkə yoxdur. “Əgər Rusiya Ermənistana maliyyə dəstəyi verməsə, Ermənistanda iqtisadi kollaps yaranacaq. Medvedevin İrəvana səfəri zamanı öncə bu yöndə müzakirələrin aparılacağı gözlənilir. Təbii ki, səfər zamanı Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulması da diqqət mərkəzində olacaq”, - deyə qəzet qeyd edib. 



İşğalçı ölkənin durumu isə həqiqətən ağırdır və bunu oradakı əcnəbi diplomatlar da etiraf edir. Məsələn, ABŞ-ın Ermənistandakı səfiri Con Xeffern bir neçə gün öncə İrəvanda jurnalistlərlə görüşündə Birləşmiş Ştatların Rusiyaya qarşı tətbiq elədiyi iqtisadi-maliyyə sanksiyaları və onların Ermənistana mümkün təsirləri ilə bağlı suala cavab olaraq demişdi ki, Amerika tərəfi sanksiyalarla bağlı Ermənistan rəhbərliyi ilə çoxsaylı məsləhətləşmələr aparıb və İrəvanı dəfələrlə xəbərdar edib: “Sanksiyalar Rusiyaya qarşı yönəlib, Ermənistana yox. Ancaq onlar Ermənistan iqtisadiyyatı üçün də neqativ nəticələr doğura bilər. Əgər bu, İrəvana xoş deyilsə, şikayəti Moskvaya eləsin”.

Bir sıra erməni şərhçilər isə Medvedevin Ermənistan paytaxtına gözlənilən səfərini çox böyük təhlükə kimi təqdim edilir. Məsələn, təhlilçi Naira Ayrumanyan məqaləsində baş nazirin gəlişini İrəvana növbəti rus ekspansiyası kimi dəyərləndirib (anspress). 

O, dediklərini Medvedevin İrəvana daha əvvəlki səfərlərini yada salmaqla sübut etməyə çalışıb. Sitat: “2008-ci ilin oktyabrında prezident kimi gələn Dmitri Medvedev bildirmişdi ki, Gürcüstanla müharibə Bakı və İrəvan üçün ciddi dərs oldu. Bu, Rusiya üçün İrəvanda meydan açdı. 2010-cu ilin avqustunda etdiyi səfərdə Medvedev Rusiya bazasının Ermənistanda qalma müddətini artırdı. Həmçinin İrəvanı elə bir sazişə qol çəkməyə vadar etdi ki, Rusiya Ermənistanın təhlükəsizliyinin qarantı kimi qəbul edildi”. 



Ayrumanyan düşünür ki, Dmitri Medvedevin Ermənistana gəlişi ölkədə rus hücumuna qarşı gizli müqavimət başlaması ilə bağlıdır: “Xüsusilə də 2013-cü ilin dekabr ayında Putinin etdiyi səfərdən sonra ölkədə Rusiya hücumuna qarşı gizli müqavimət başlayıb”. 

Təbii ki, bu müqavimət Rusiyanın son günlərdə üzləşdiyi çətinliklərlə bağlıdır, ermənilər neftin qiymətinin getdikcə düşməsi nəticəsində Rusiya iqtisadiyyatının böhrana girəcəyini ehtimal edirlər. Buna görə etirazçı kəsim ölkə başındakı Rusiya yönümlü “Qarabağ klanı”ndan yaxa qurtarmaq, Qərb yönümlü yeni bir siyasətçini hakimiyyətə gəlməsində maraqlıdır. “Təbii ki, bu planlardan Moskva da xəbərdardır və Medvedevin gəlişi məhz bu ”gizli müqaviməti" yerində boğmaqdır. Erməni suverenliyini boğmaq üzrə mütəxəssis olan Medvedev bu dəfə yəqin ki, daha radikal da


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar