Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mədət Quliyev istefa ərizəsi yazıb?


“Penitensiar Xidmətin rəisi Mədət Quliyevdən baş verənlərlə bağlı ciddi izahat tələb olunub və onun istefa ərizəsi yazması tələb edilib…”


PİA.AZ bildirir ki, bu xəbəri tezadlar.az saytı yayıb. Yazıda qeyd olunur ki, 4 saylı Cəzaçəkmə Müəsissəsində cəza çəkən Lamiyə Quliyevanın bu gün ictimaiyyətə çatdırmağı xahişi generala ağır zərbə vurub…

Saytda L.Quliyevanın müraciəti təqdim olunur və Penitensiar Xidmətin rəisinin işdən getmə haqda ərizə yazdığı vurğulanır: “Mənbə onu da bildirdi ki, ümumiyyətlə, qanunvericilikdə təcridxanada, xüsusən də Bakı İstintaq Təcridxanasında müxtəlif cinslilərin bir yerdə saxlanılması qeyri-mümkün (qanunda) olduğu halda, Lamiyə Quliyevanın hansısa kişi məhbusla bir yerdə saxlanılması və sonra hamilə qalması mümkünsüz haldır. Bu, yalnız təcridxana rəisinin buna qanunsuz halda, hansısa kabinetdə baş verməsinə icazə verməsi halında mümkün ola bilər…. 

Bu da ağla batan versiya deyil. Lamiyə kim idi ki, bu baş versin: “…Bunlar bir daha o
ehtimalı real edir ki, Lamiyənin hamiləliyi 4 saylı həbsxanada baş verib və keçmiş rəis M.Məmmədovun həyacanı onu deməyə əsas verir ki, bu hamiləlikdə şübhələr
onun üzərindədir… 

Hazırda general Mədət Quliyevin istefaya razılıq verməsi məsələsinə aydınlıq gətirməyə çalışırıq”. Xəbərin sonunda belə bir qeyd də var: “"Təzadlar" etibarlı mənbəyə istinadən dünən bu məsələyə - uşağın atasının kimliyi məsələsinə toxunmuşdu... 

Bu gün dərhal bu versiyanı ortaya atdılar ki, guya Lamiyə etiraf edir ki, istintaq təcridxanasında hamilə qalıb... Hətta DNK analizi də verilib, nəticə də var... 

Nəticə nə tez aşkar olundu? Səhiyyədə bu analiz ən azı 1-2 aya mümkün olur! Əksinə, indilərdə bizə məlum oldu ki, Lamiyəyə söz veriblər ki, səni tezliklə buraxacağıq, amma sən də bizi xilas elə və belə danış...


Sual olunur: əgər Bakı İstintaq Təcridxanasında qadın-kişinin bir yerdə olması və "yaşaması" bu qədər asandırsa və mümkündürsə, niyə Leyla Yunusla əri Arif Yunusu bir yerə salmırlar.

pia.az
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Ən çox oxunanalar