Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mədəniyyət və Türizm İdarəsində müdirlə YAP-çı arasında qalmaqal


Mənimsəmə siyahısı


İki gün əvvəl Göygöl Mədəniyyət və Türizm İdarəsinin rəhbərliyinin göndərdiyi müraciət əsasında Mia.az-a yayımlanan «120 nəfər 1 nəfərə qarşı» başlıqlı yazıya sözügedən idarənin bu günlərdə vəziyəsindən azad olunan məsləhətçisi Şahin Məmmədov tərəfindən cavab gəlib. 

Şahin Məmmədov idarə rəhbərliyinin göndərdiyi müraciətdə adları çəkilənlərin bəzilərinin ona qarşı imza atmadağını da iddia edərək, hətta onlardan bəzilərinin telefon nömrəsini də verib. Onlarla danışmaq cəhdləri hələki alınmayıb.

Nə isə Şahin Məmmədovun da cavab haqqı olan müraciətini qısa ixtisarla yaymaqla, tərəflər arasındakı ziddiyyətdə kimin haqlı olduğunu oxucuların və aidiyyatı qurumların öhdəsinə buraxırıq:

 «Mən Məmmədov Şahin Şakir  oğlu  04.11.1984-cü ildə Göygöl rayon Üçtəpə kəndində anadan olmuşam. Hal-hazırda həmin ünvanda yaşayıram. Atam birinci qrup əlildir. Ali təhsilimi fərqlənmə diplomu ilə başa vurmuşam. Hərbi xidmətdə ön xəttdə zabit kimi qulluq etmişəm. 2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm. 06 oktyabr 2011-ci il tarixdən Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində məsləhətçi vəzifəsində işləyirəm. Həmin vəzifəyə  DQMK-nın təşkil etdiyi imtahanın müsabiqə və müsahibə mərhələlərini kəçərək qəbul edilmişəm.  Göygöl rayon Mədəniyyət və Turizm sobəsinin müdiri xanım Hümbətova sınaq və staj müddətlərimdə kuratorum olub. Sınaq və staj müddətimi başa vurduqdan sonra Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri cənab Ə.Qarayevin  əmri ilə kicik dovlət qulluqçusu ixtisas dərəcəsi almışam.

Dövlət qulluğu keçdiyim müddət ərzində heç vaxt barəmdə hər hansı intizam tənbeh tədbiri tətbiq edilməyib. Göygöl rayon Gənclər və İdman idarəsi tərəfindən rayonda gənclər siyasətinin həyata kəçirilməsində fəal iştirak ətdiyimə görə Fəxri Fərmana layiq görülmüşəm.
   
Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində işlədiyim müddət ərzində şöbə müdirim xanım Hümbətova 2013-cü ilin fevral ayına qədər ZAUR MMC ilə -cü ilin fevral ayından etibarən isə ƏDİRƏF MMC ilə alınan inventar və avadanlıqlar, görülən işlər müqabilində bu MMC lərin hesabına pullar köçürülür. Bu MMC lərdən ƏDİRƏF MMC Göygöl Şəhər İnzibati Dairəsi üzrə İcra Nümayəndəiyinin mühasibi Fəridə Məmmədovanındır. Hər ay keçirilən maliyyə əməliyyatlarından sonra Fəridə Məmmədova ilə Şərqiyyə Hümbətova bu əməliyyatlardan əldə etdikləri "qazancı" bölüşdürürlər. Bir çox hallarda Fəridə Məmmədova "qazancı" gec gətirdiyinə görə, bir hissəsini gecikdirdiyinə görə aralarında mübahisələr yaranırdı. ƏDİRƏF MMC nin adı Fəridənin adının tərs oxunuşudur. Yəni bunların heç bir maliyyə yoxlamasından qorxuları yoxdur. ƏDİRƏF MMC-nin hesabına köçürülən pullar mədəniyyət obyektlərinin pərdələrinin, xalçalarının yuyulması, elektrik naqillərinin dəyişdirilməsi adı ilə köçürülürdü və heç vaxt bu işlər görülmürdü. Keçirilən(əslində keçirilməyən) tədbirlərin xərclərinin ƏDİRƏF MMC tərəfindən həyata keçirildiyi qeyd olunur. 2013-cüiin iyun ayının 2 də mən məzuniyyətdə olduğum zaman şöbə müdirim xanım Hümbətova məni talesimiyalı uşaqlara qan vermək üçün işə çağırdı. Qanvermə aksiyasından sonra mənə imzalamalı olduğum və ƏDİRƏF MMC ilə görülən işlərə görə olan aktlara imza atmağımı istədi. Mən həmin aktlarda olan məbləğin 35-40 min manat olduğunu və həmin aktlarda olan qiymətlərin 3-4 dəfə artıq yazıldığını görüb imza etməkdən imtina etdim. Xanım Hümbətova mənə bu aktlara özümdə imza atıram, möhür vururam cavabdeh mən özüməm deməyinə baxmayaraq yenə də imza atmadım. Xanım Hümbətova bu aktlardakı qiymətləri artıq yazmaq səbəbi kimi gələn "qazanc”dan "HƏRƏNİN ÖZ FAİZİ” olduğunu bildirdi. 2013-cü ilin iyun ayında məzuniyyətdən qayıtdıqdan etibarən xanım Hümbətova mənə heç bir tapşırıq vermədi. Bu hal 5 avqust 2013-cü ilə kimi mən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə müraciət edənə qədər davam etdi. Nazirlikdən isə heç kəs gəlib göstərdiyim məsələləri yoxlamadı, yalnızca telefon vastəsilə birdə belə hallar olmasın deyildi. Bu müraciətimdən sonra xanım Hümbətova mənə qarşı münasibətini tamamilə dəyişdi. Məni şöbənin bütün işlərindən uzaqlaşdırdı. Sanki öz şəxsi şirkətini idarə edirmiş kimi mənə tapşırıqlar verməməyə başladı. 2 iyun 2013-cü il tarixdə imzalamadığım sənədləri isə aktdan adımı çıxardıb başqa bir adla, eyni qiymətlərə  sənədləşdirdi.

 Kompyuter dəsti " Casper" --   400-500  manat --  1380  manat kimi 

Kompyuter dəsti   "LC"----      400-500  manat ---  1320  manat kimi 

Notebook "Casper" -----      500-600  manat---  1246  manat kimi

Dinakort              ---------    1800-2000  manat-----   4066  manat kimi 

Stul                      ---------         25-30         manat ----    56 manat kimi.

Şkaf                    ----------       150-180   manat -----    400-450 manat kimi 

Tozsoran             ----------       130-150  manat --------      256 manat kimi 

Telefon aparatı                   ----------       8-10       manat -----       25-30 manat

 

kimi sənədləşdirildi.

Mənim öz şəxsi işimə baxmağıma icazə vermirdi. Bunun səbəbi isə şəxsi işimin içinə yeni-yeni "akt" lar yerləşdirməsi idi. bu aktlar məndən xəbərsiz yazılırdı və məndən heç bir izahat alınmırdı.

Mən korrupsiyaya təkbaşına mübarizə aparmağa başlayanda bilirdim ki, xanım Hümbətova məni işdən azad etmək üçün hər cür şər böhtandan istifadə edəcək, öz vəzifə səlahiyyətlərindən istifadə edəcək. Amma axır-əvvəl bu məsələni ölkə Prezidenti cənab İlham Əliyevin eşidəcəyinə də əminəm. 11 aprel 2014-cü il tarixdə Hesablama Palatasına və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə korrupsiya faktları barədə müraciət etdim. Bu müraciətimdən sonra xanım Hümbətova məni işdən çıxarmaq fikrini qətiləşdirdi. Mənim barəmdə əvvəlki tarixlərə "akt” lar yazıb, işçilər üzərində olan təsirindən istifadə edərək onlara imzalatdırdı. Mənim işdən olunmağım üçün təqdimatımı Azərbaycan Respubliksaının Mədəniyyət və Turizm Nazirliyinə göndərdi. Sağ olsun nazirliyimiz də xanım Hümbətovanın xətrinə dəymədi və 17 iyul tarixdə mənim dövlət qulluğuma xitam verdi. İşdən azad olma səbəbim kimi də nazirliyin nüfuzuna xələl gətirməyimi göstərdilər.

Mən cənab Nazirdən soruşmaq istəyirəm.  

Niyə?
 Xanım Hümbətova hər ay  iş otağına gələn və  Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin tabeliyində olan  bağlı  klubların, kitabxanaların bağlı olduğunu öz qəzətlərində işiqlandırmamaq müqabilində rüsvət alıb gedən "jurnalistlərin” yanında  Naziriyi nüfuzdan salmağını görmür? Həmin "jurnalistlərin" yanında boynu bükük durmaqdansa niyə bağlı kitabxana və klubların açıq olması üçün tədbirlər görülmür?
Niyə?
Azərbaycan Respublikasnın Mədəniyyət və Turizm nazirliyindən 2013-cü ildə gələn yoxlamanı yola saldıqdan sonra xanım Hümbətovanin bütün mədəniyyət isçilərindən YOXLAMAM   GƏLMİŞDİ  ONLARI  YOLA  SALANDA  XƏRCİM ÇIXDI  deyib pul yığanda Nazirliyin nüfuzuna  xələl gəlmir?
 Nazirlikdən gələn yoxlamanı tabeçilikdə olan işçilərin gözündə nə qədər nüfuzdan saldığını görməmək mümkün deyil.
 Niyə?
Hər Yeni ildə və Novruz Bayramında xanım Humbətovanın bütün işçilərdən NAZİRLİYƏ    SƏBƏT  YOLLAYACAM deyib pul yığarkən Azərbaycan Respuplikasının Mədəniyyət və Turizm Nazirinin  və nazirliyin nufuzuna nə qədər xələl gətirməyi nüfuza xələl gətirmək deyil?  

Niyə?
Yeni işçiləri işə götürərkən xanım Hümbətovanın həmin işçilərin təhsilinə, iş  stajına, qabiliyyətinə  baxmadan hər birindən haqq alaraq işə götürdüyünü və hər birinə SiZLƏRİ  ATESTASİYA  ETMƏSİNLƏR DEYƏ NAZİRLİYƏ VERƏCƏM dəməsi və bununlada Nazirliyimizin nə qədər nufuzdan salınığını nüfuzdan salmaq sayılmır?
Mən Sizin vastənizlə ölkə Prezidenti cənab İlham Əliyevə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi cənab Kamran Əliyevə müraciət edirəm. Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri xanım Hümbətova korrupsiya əməlləri ilə məşğuldur. Bu dediklərimi yoxlamaq üçün müvafiq qurumlara göstərişlər verməyinizi xahiş edirəm».  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar