Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məcburi köçkünlərə verilən pulla bağlı dəyişiklik


Əvvəllər büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərə verilən əmək haqqının ödənilməsi 2017-ci ilin əvvəlindən dayandırılıb


Qaçqınların və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsi işləməyən köçkünlərə həmin vəsaitin ödənilməsinin dayandırılması məsələsinə aydınlıq gətirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Elçin Qədimov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş, yaşadıqları rayonların ərazisi işğal olunduqdan sonra işləməyən və pensiya yaşına çatmayan məcburi köçkünlərin əmək haqlarının saxlanması müvafiq qərarla tənzimlənirdi:

“Qərarın icrası 1994-cu ilin may ayından indiyə qədər hər il uzadılırdı. Nazirlər Kabineti tərəfindən verilən həmin qərarın icra müddəti sonuncu dəfə 2017-ci il yanvarın 1-nə qədər uzadılmışdı. Qərarın icra müddətinin yenidən uzadılıb-uzadılmayacağı isə Nazirlər Kabinetinin səlahiyyətində olan məsələdir. Konkret olaraq bu il hansı qərar veriləcəyinə dair hələ ki, məlumat yoxdur”.

Nazirlər Kabinetinin mətbuat xidmətindən məsələnin araşdırılacağı və ictimaiyyətə məlumat veriləcəyi bildirilib.

Qeyd edək ki, “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarının 2-ci hissəsinin müddəti hər il uzadılırdı. Bu il isə müvafiq qərar verilməyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar