Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maştağa bələdiyyəsinin sədri şikayətçiyə niyə pul verib?


Bakı şəhəri, Maştağa qəsəbəsinin sakini Yusif Cəbrayıl oğlu Hüseynov Maştağa bələdiyyəsinin sədri İlqar Qurbanovdan şikayətçidir.


Yusif Hüseynov bələdiyyə sədrinin ona məxsus olan torpaq sahəsinin bir hissəsini qonşusu Cəmalə Quliyevanın adına rəsmiləşdirdiyini bildirib. 

Şikayətçinin sözlərinə görə, sözügedən ərazi qonşunun sənədində qonşuya, öz sənədində isə özünə aiddir: "Hər ikimiz ortalıqda qalmışıq. Bələdiyyə sədrinə dedim ki, şikayət edəcəm, yalvar-yaxar elədi, dedi ki, şikayət etmə, bir səhvdir olub, orada olan tikintiləri sökmək şərtilə sənə 2 sot torpaq və 1500 dollar pul verəcəyəm. Amma dediyi sözə əməl eləmədi. Torpağın əvəzinə mənə 1850 dollar verib dedi ki, 2 sot torpağın puludur. Qeyd edim ki, yaxın ərazidə torpağın sotu 4500-5000 min dollardır. Tələbim odur ki, qonşuya satdığı qeyri-qanuni torpağımı özümə qaytarsın”.

Qeyd edək ki, Y.Hüseynov Cəmalə Quliyevaya qarşı torpaq sahəsindən çıxarılma və özbaşına tikililərin sökülməsinə dair tələblə məhkəməyə müraciət edib. İddia onunla əsaslanıdırılıb ki, cavabdeh ona məxsus torpaq sahəsini 34 metr uzunluğunda, 0,60 sm enində zəbt edərək daş hasarı onun torpağına tərəf çəkib, bir hissəsində isə ev tikib. Dəfələrlə C.Quliyevaya torpaq sahəsini boşaltması təklif olunub, lakin o buna əməl etməyib. Qonşusunun qanunsuz hərəkətlərindən Sabunçu PPİ-nin 14-cü Polis Bölməsinə müraciət etsə də, nəticəsi olmayıb. 

C.Quliyeva da öz növbəsində Y.Hüseynov tərəfindən ona məxsus 20 kv.m sahədə özbaşına tikilən tikililərin sökülməsinə dair qətnamə çıxarılmasını xahiş edib. Y.Hüseynov isə C.Quliyevaya məxsus torpaq sahəsini zəbt etmədiyini və həmin sahədə qanunsuz tikinti işləri aparmadığını, əksinə onun özünün hüquqlarının pozulduğunu bildirib. 

İddia ərizəsi üzrə mülki işə Sabunçu Rayon Məhkəməsinin hakimi Anar Qasımovun sədrliyi ilə baxılıb. Y.Hüseynovun iddiası təmin olunmayıb.

Məhkəmədə şahid qismində dindirilən İlqar Qurbanov ifadəsində bir neçə il bundan əvvəl Konserv zavoduna 5 hektar torpaq sahəsi ayrıldığını, fərdi evlərin tikilməsi üçün öz işçiləri arasında bölüşdürüldüyünü bildirib: "Həmin torpağın bir hissəsi mənim qohumum tərəfindən Yusif Hüseynova satılıb. Sonradan Yusif torpağın bir hissəsini Cəmalə Quliyevaya satıb. Cəmalə də həmin torpaqda ev tikib, öz adına çıxarış əldə edib. Yusif vaxtilə o sahədə hamam-tualet tikdiyinə görə, həmin tikilinin kimin torpağına aid olmasına dair mübahisə yarandı. Cəmaləyə torpaq sahəsinin alınmasında köməklik göstərdiyinə və bu mübahisənin həllinə görə Yusifə pul verdim”.

Y.Hüseynov Sabunçu Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb: "Məhkəmə qətnamə çıxardı, iddialarım rədd edildi. Hakim Anar Qasımov əvvəlcə deyirdi ki, bütün işlərin başında dayanan İlqar Qurbanovdur. Amma sonra nə oldusa dedi ki, İlqarın adını çəkmə... Bunların hamısı bələdiyyə sədrinin əli ilə edilib. 

Bələdiyyə sədrindən etdiyim şikayətlərin hamısı it-bat oldu. İndi elə düzüb-qoşublar ki, guya bu adamın heç nədən xəbəri yoxdur”.

Şikayətçi bununla bağlı ölkə başçısına müraciət ünvanladığını da deyib.(virtualaz.org)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Ən çox oxunanalar