Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maşallah Əhmədovun işi üzrə ekspertiza başa çatdı


Dələduzluqda təqsirləndirilən sabiq futbolçu Maşallah Əhmədovun satdığı tikinti materiallarının qiymətinin müəyyənləşdirilməsi ilə bağlı ekspertiza başa çatıb


PİA.AZ xəbər verir ki, bu barədə Trend-ə M.Əhmədovun vəkili Əli Hüseynov məlumat verib.

Vəkil bildirib ki, artıq əmtəəşünaslıq ekspertizası daşları ekspertizadan keçirib: "Yaxın günlərdə ekspertizanın rəyi məhkəməyə təqdim ediləcək və prosesin vaxtı müəyyənləşəcək".

Qeyd edək ki, bir müddət əvvəl M.Əhmədovun İrandan gətirdiyi tikinti materialları ilə bağlı materialların satıldığı "Sahil MTK" şirkətinin inşa etdiyi binaya baxış keçirilmiş, həmin daşların qiymətinin müəyyən edilməsi üçün daş nümunələri ekspertizaya göndərilmişdi.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əhmədov 8 il azadlıqdan məhrum edilib. M.Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq vəsaitə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb. Binəqədi rayon məhkəməsi M.Əhmədov barəsində ev dustaqlığı ilə bağlı qərar versə də, Bakı Ağır Cinayətlər Məhkəməsi onun 8 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar