Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maşallah Əhmədova qarşı 350 min manatlıq iddia


Dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəməsi davam edib


Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Yusif Əzizov ifadə verib. O, oğlunu işə düzəltmək üçün Maşallah Əhmədova 15 min manat pul verdiyini deyir: "15 min manat pul müqabilində oğlumu Dövlət Neft Şirkətinin nəzdində olan bir təşkilata işə düzəldəcəkdi. Pulu verdikdən sonra bir müddət keçdi və biz Dövlət Neft Şirkətinə getdik. Maşallah Əhmədov birinci vitse-prezident Xoşbəxt Yusifzadənin və kadrlar şöbəsinin rəisinin yanına girdi. Orda dedi ki, uşağı işə düzəltdi .Neçə il keçdi iş düzəlmədi, pulu da qaytarmadı. Mən dəfələrlə ona demişəm ki, gəl məsələni polis səviyyəsinə qaldırmayaq. Bundan əlavə mənə başqa işlərlə bağlı da söz verdi, amma yerinə yetirmədi. Onun mənə vurduğu ziyan 350 min manatdır. Mənə İrandan tikinti daşı gətirəcəyini də demişdi. Bu da yalan çıxdı, pulumu da vermədi".
 
M.Əhmədov da məhkəmədə ifadə verib. O, qeyd edib ki, zərərçəkənlə İrana gedib: "Bu adam bilmirdi ki, o daş İranda hansı qiymətə satılır? Bəs Bakıda neçəyədir? Daşları mən satırdım. Sonra dedi ki, sən məni aldadırsan. Mən də dedim get özün sat. Neçə ay keçdi sata bilmədi".
 
Proses noyabrın 1-də davam edəcək.
 
Qeyd edək ki, M.Əhmədov keçən il Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin M.Əhmədov sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb. Binəqədi Rayon Məhkəməsində M.Əhmədov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Veteran futbolçu barəsində M.Əhmədov barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edib. Tanınmış futbolçu ev dustaqlığına buraxılıb. Xatırladaq ki, Azərbaycan futbolunun ən güclü hücumçularından olan M.Əhmədov 1959-cu ildə Gəncədə anadan olub. O, 1977-ci ildən "Neftçi" klubunda oynayıb. M.Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ən çox oxunanalar