Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Masazır dairəsində tıxacı aradan qaldırmaq məqsədilə yeni keçid hissə yaradılıb


Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 13-14-cü kilometrlik (Bakı-Sumqayıt yolu) hissəsində nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirən və süni tıxac yaranmasına səbəb olan yer aşkar edilərək aradan qaldırılıb


"Azəravtoyol" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, Masazır dairəsində xüsusən günün pik saatlarında yaranan tıxacı aradan qaldırmaq məqsədi ilə magistral yolun sözügedən hissəsində əsas yoldan köməkçi yola nəqliyyat vasitələrinin hərəkətini təmin etmək məqsədi ilə yeni keçid hissə yaradılıb.
 
Nəqliyyat vasitələrinin əsas yoldan köməkçi yola təhlükəsiz keçidini təmin etmək məqsədi ilə köməkçi yolun 170 metrlik hissəsi 1 hərəkət zolağı enində genişləndirilib. Genişləndirilmiş hissəyə yeni asfalt-beton örtüyü döşənib. Təhlükəsizlik məqsədi ilə köməkçi yola 20 ədəd siqnal dirəkləri və 10 ədəd yol nişanları quraşdırılıb, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.
 
Bundan başqa, əsas yoldan Masazır qəsəbəsinin girişinə doğru düşən hissədə də yolun hərəkət hissəsinin genişləndirilməsi işləri aparılıb. 
 
"Azəravtoyol" ASC tərəfindən aparılmış işlər Masazır qəsəbəsinə giriş hissədə və mövcud dairədə hərəkət intensivliyini azaltmaqla müəyyən qədər yaranan sıxlığın qarşısını almış olacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar