Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Masallının icra başçısının obyektləri - Siyahı - Fotolar


Rafil Hüseynovun Masallıda Üzlük Sexi, Asfalt Zavodu, Dəftərxana Mağazası var, bütün əmlakı isə şöbə müdirlərindən birinin adına keçirib


Masallının icra başçısı Rafil Hüseynovun rayonda özünə əsas gəlir sahələri yaratdığı kimsəyə sirr olan məsələ deyil. Lakin indiyə qədər həmin gəlir sahələrinin konkret ünvanları barədə məlumatlar verilməmişdi.

Bildirək ki, Masallıda icra başçısının bir sıra pul gətirən obyektləri var. Onların sırasında zavoddan tutmuş, mağazaya qədər hər şey sıralanıb. Həmin siyahını olduğu kimi diqqətinizə çatdırırıq.

Rafil Hüseynovun obyektlərindən biri Oncaqala kəndində yerləşən «Rahat Market» çörək zavodudur. Hazırda aşağı keyfiyyətdə çörək bişirən zavodun məhsulları əsasən camaata dəyərindən çox ucuza satılır. Və icra başçısı da bu hərəkəti «yoxsul ailələrə yardım» kimi təqdim etməyə çalışır. Əslində isə həmin zavodun istehsal etdiyi çörək istifadəyə yararsız haldadır.
Masalli-corek

Masalli-1

İcra başçısının Masallıda ələ keçirdiyi ikinci ən böyük obyekt isə Təzə Alvadı kəndində yerləşən Asfalt Zavodudur. Bu zavoda iş adamı Xudayar Rəhimovla şərikdir. Qeyd edək ki, bu zavod ancaq «dövlət tapşırıqları»nı yerinə yetirməklə məşğuldur. Belə ki, hər hansı bir kəndə asfalt yolun çəkilməsi lazımdırsa, bunu mütləq həmin zavod həyata keçirməlidir. Eyni zamanda, yolun çəkilişi üçün «şirinlik» də lazım gəlir və həmin məbləğ də 15 min manatdan aşağı olmur.
Asvalt zavod

Rafil Hüseynovun üçüncü iri gəlir sahələrindən biri rayon Mərkəzi Xəstəxanasının yaxınlığında, Əlillər Binasının yanındakı Beton Üzlük Sexidir. XALQ.AZ-ın əldə etdiyi məlumatlara görə, sexin istehsal etdiyi məhsulların hamısı rayonda həyata keçirilən abadlıq və yenidənqurma işlərində istfadə olunur. Təbii ki, bu zaman rəqəmlərin şişirdilməsi halları baş verir. Elə bu sexin yaradılması da həmin prosesi reallaşdırmaq üçün nəzərdə tutulub.
Masalli-metlax

Masalli metlax-2

Bundan əlavə həmin Beton Üzlük Sexi icra başçısının müavinləri Nəsir Muxtarlı və Seymur Hüseynovun düz evlərinin yaxınlığında qərarlaşıb. Məlumatlara görə, həmin sexin iş fəaliyyəti də məhz onların nəzarəti altındadır.

Masallının icra başçısının ən güclü gəlir sahələrindən biri dəftərxana ticarətiylə bağlıdır. XALQ.AZ-ın araşdırmalarına görə, rayonda keçmiş «Vahid Bank»ın binası ilə üzbəüz Dəftərxana Mağazası fəaliyyət göstərir. Rafil Hüseynovun ən yaxın və etibarlı adamı olan Adəm Məhərrəmovun qaynı Sakitin işlətdiyi bu mağaza daima gediş-gəlişi yerə çevrilib. Çünki icra başçısı bütün büdcə təşkilatlarına qəti tapşırıq verib ki, dəftərxana ləvazimatlarını məhz həmin dükandan alınmalıdır.
masalli defterxana

Bundan başqa, Rafil Hüseynov bir sıra işlərə də start verib. Məsələn, icra başçısı «İsti Su» Sanatoriyasının ərazilərinə Şıxlar kəndi yaxınlığında özünə torpaq sahəsi alıb. Hazırda bu əraziyə asvalt yol çəkilir. R.Hüseynovun  X.Rəhimovla şərikli bir obyektidə Yardımlı yolu üstə olan “REXO”  istirahət mərkəzidir.
Masalli rexo

Masalli rexo-2


Buna paralel olaraq icra başçısı Masallının mərkəzində yerləşən keçmiş «Vahid Bank»ın binasını alaraq, təmir etdirir. Bu binanın hansı təyinatlı olacağı isə məlum deyil.
Masalli Vahid bank

XALQ.AZ onu da dəqiqləşdirib ki, Masallı rayon İcra Hakimiyyəti başçısı Rafil Hüseynov ələ keçirdiyi həmin obyektləri heç də özünün və ya qohumlarının adına keçirməyib. Əksinə, icra başçısı bu işdə başqa bir addım atıb. Belə ki, o, həmin obyektləri «kəşf» edib, ortaya çıxaran, alınmasını təmin edən dəllalı, habelə Masalı rayon İcra Hakimiyyətində Ərazi idarəetmə orqanları ilə iş üzrə şöbəsinin müdiri Adəm Məhərrəmov və onun yaxınlarının adına keçirib.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. (xalq.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar