Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Masallının baş həkimi ölüm faktını gizlədir - Video


İyul ayının 11-də saat 18 radələrində Masallı rayonunun Kubin kəndinin yaxınlığında yerləşən “Qamo” istirahət mərkəzində 10 yaşlı uşağın necə ölməsini əks etdirən video oxucular tərəfindən axar.az saytına təqdim edilib


Video-yazını həmin ərəfədə orda istirahət edən ailələrdən biri lentə alıb.

Videodan görünür ki, o qədər də böyük olmayan hovuzda istirahət edənlər düz gözlərinin qarşısında baş verən boğulmadan xəbərsizdirlər. Uşağın nəzarətsiz olması faciə ilə nəticələnib.

Xatırladaq ki, Masallı rayonun Qarğalıq kənd sakini olan 10 yaşlı Novruzov Rauf İlkin oğlunun boğulduğu bilinəndən sonra təcili yardım maşını ilə onu qonşu Miyankü kəndinə (“Qamo” istirahət mərkəzindən ora 3 km-dir), Masallı reqional təcili yardım xəstəxanasının Baş həkimi Firudin Qənbərovun evinə aparıblar. Lakin uşağın öldüyü və ona heç cür yardım etməyin mümkün olmadığını biləndən sonra meyit Masallı rayon mərkəzi xəstəxanasının baş həkimi Cəlil Nəzərovun evinə götürülüb. Cəlil Nəzərovun “Qamo” istirahət mərkəzinin sahibi olduğu bildirilir.

Qeyd edək ki, “Qamo” istirahət mərkəzinə şərik axtarılması (satılması) ilə bağlı bir il əvvəl verilən elanda mərkəzin sahibi kimi Füzuli Nəzərovun adı keçir. Kubin kəndindən olan və kənddə məscid tikdirən F.Nəzərov Cəlil Nəzərovun dayısı oğludur. Verilən məlumata görə, C.Nəzərov artıq “Qamo” istirahət mərkəzinə tam yiyələnib və bunarı oğlunun adına sənədləşdirib.

Qarpızdan zəhərlənmə?

Sakinlərin verdiyi məlumata görə, C.Nəzərov əlaqələrindən və həkimliyindən istifadə edərək, 10 yaşlı atasız uşağın ölümünü “Qarpızdan zəhərlənmə” kimi qeydə aldıra bilib. Bunun nəticəsində isə araşdırmalara fasilə verilib və hazırda “Qamo” istirahət mərkəzi heç nə olmamış kimi fəaliyyətini davam etdirir. “Qamo” istirahət mərkəzində çalışan şəxslərdən biri bildirdi ki, C.Nəzərov azərbaycanlı milyarder, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun qohumudur və onun 11 ildir baş həkim kimi fəaliyyətində, həmçinin ”Qamo” istirahət mərkəzini işlədə bilməsində bu fakt öz sözünü deyir, M.Mənsimov qohumunu daim himayə edir.



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar