Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Masallıda hərbçilərimiz qəzaya düşdü


Masallı rayonunda iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib

 
Hadisə iyulun 24-də saat 11.00 radələrində Ələt – Astara avtomobil yolunun şəhərin Seybətin dairəsindən keçən hissəsində qeydə alınıb.
 
Müddətdən artıq xidmət edən 1991-ci il təvəllüdlü Elçin Ələs oğlu Qocayevin idarə etdiyi  Daxili Qoşunlara məxsus “QAZ-3108” markalı, 09-46 DQ dövlət nömrə nişanlı hərbçiləri daşıyan maşın Lənkəran şəhər sakini, 1983-cü il təvəllüdlü Xalid Sultan oğlu Səlimlinin idarə etdiyi “VAZ-21154” markalı, 42 BK 168 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Nəticədə “VAZ-21154”-ün sürücüsü və onun yanındakı sərnişin, Lənkəran şəhər sakini, 1982-ci il təvəllüdlü Toğrul Məmmədağa oğlu Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hərbçilərdən isə xəsarət alan olmayıb.
 
Hazırda faktla bağlı araşdırma aparılır. Qəzanın dəqiq başvermə səbəbləri avtoekspertizanın rəyindən sonra bəlli olacaq.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar