Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Masallıda həmkəndlisinin evindən pul və qızıl oğurlayan şəxslər saxlanılıb


Masallı rayonunda həmkəndlisinin evindən pul və qızıl oğurlayan şəxslər saxlanılıb. Rayonun Yenikənd kənd sakini bir qadın Rayon Polis Şöbəsinə evindən 650 manat pul və 3000 manat dəyərdində qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı müraciət edib


DİN-in Mətbuat Xidmətinin Lənkəran Regional qrupunun baş inspektoru Məhəmməd Rzayevin Trend-ə verdiyi məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri zamanı oğurluğun elə qadının həmkəndliləri tərəfindən törədildiyi müəyyən edilib. Bir neçə ay əvvəl həmin evdə usta işləyən Masallının Yenikənd kənd sakini 27 yaşlı Ramil Əsgərov pulun və qızılın yerini, evə gizli yolla daxil olmağın yolunu öyrənib.

Sonra isə tanışları, həmkəndlisi 30 yaşlı Vüsal Hacıyev və 23 yaşlı Samir Mirzəzadəyə bu barədə məlumat verib. Ev sahibinin evdə olmadığı vaxtı da dedikdən sonra sonuncu iki şəxs ikinci mərtəbədəki balkonun plastik qapısını açaraq içəri daxil olublar. Saxlanılan Ramil Əsgərov və Vüsal Hacıyev törətdikləri əməli etiraf ediblər.

Oğurladıqları qızılı hissə-hissə satdıqlarını və pulu aralarında böldüklərini bildiriblər. Hazırda onlardan biri - Samir Mirzəzadənin tutulması istiqamətində əməliyyat tədbirləri həyata keçrilir.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar