Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Masallıda bələdiyyə sədri döyüldü, məmur işdən çıxarıldı…


Masallıda Gəyəçöl bələdiyyə sədri Bəybala Əsədovu döyən sahibkar İlham Abışovun ölkədən çıxışına qadağa qoyulub


Məlumat verən qaynağımız deyir ki, sahibkara faktla bağlı cinayət işi açılıb, hazırda istintaq gedir və ölkədən kənara çıxması yasaqlanıb.

Amma Rusiya vətəndaşı olan İlham Abışov məsuliyyətə cəlb olunmayıb və barəsində həbs qətimkan tədbiri seçilməyib. 

Əldə etdiyimiz xəbərə görə, sahibkarın bələdiyyə sədrini döyməsinin səbəbi gizli torpaq satışı ilə bağlı mübahisə olub. Mənbəmiz əlavə edir ki, torpaq alverində barmağı olduğu iddia edilən Gəyəçöl icra nümayəndəsi Elman Rəhimov artıq işdən azad edilib. 

Xatırladaq ki, bələdiyyə sədri Bəybala Əsədovla Rusiya vətəndaşı olan sahibkar İlham Abışov arasında torpaq üstündə düşən mübahisə davaya çevrilib və bələdiyyə sədri ölümünə döyülüb. B.Əsədov ölümcül halda Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sakinlər qeyd ediblər ki, B.Əsədovu döyən İlham Abışov həm də Gəyəçöl kəndində şadlıq evinin sahibidir.

Masallı rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Asif Əliyev  açıqlamasında B.Əsədovun döyülməsi faktını təsdiqləmişdi. (axar.az)
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar