Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Masallıda baş verən güllələnmənin təfərrüatı


Masallı rayonunda ötən axşam bir neçə güllə yarası alan şəxs Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə keçirilib


“Report”un Cənub bürosunun verdiyi xəbərə görə, Masallı rayonunun Qızlavar kənd sakini 1953-cü il təvəllüdlü Ağəddin Nuru oğlu Ağayevin üzərində cərrahiyyə əməliyyatı 7 saata yaxın davam edib.

Onun bədənindən 4 ədəd güllə çıxarılıb. Reanimasiya şöbəsinə yerləşdirilən A.Ağayevin vəziyyəti ağır olaraq qalır.

Bu arada hadisənin bəzi təfərrüatı məlum olub. “Report”un əldə etditi məlumata görə, insident kənd qəbiristanlığının yaxınlığında baş verib. “Mercedes” markalı avtomaşında olan üç nəfər A.Ağayevin qarşısını kəsib. Onlardan biri ana tərəfi Qızlavar kənindən olan, Masallı şəhərində yaşayan Zaur adlı şəxsdir. Avtomobildə olanlar atəş açdıqdan sonra hadisə yerindən uzaqlaşıblar. İnsidentin motivinin əslində A.Ağayevlə deyil, onun oğlu ilə əlaqəli olduğu söylənilir. Belə ki, atasından oğlunun yeri soruşulub, demədiyi üçün o, güllələnib.

İnsidentlə bağlı hələlik saxlanılan yoxdur. Faktla bağlı araşdırmalar davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar