Masallı rayon sakini avtomobil idarə edərkən qəflətən vəfat edib
PİA.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Masallı-Ərkivan yolunda qeydə alınıb. Ərkivan qəsəbə sakini, 1952-ci il təvəllüdlü Kamal Nurullayev şəxsi avtomaşınını idarə edərkən ürəyində kəskin ağrılar yaranıb.
Yaxınlıqdakı şəxslər təcili tibbi yardıma zəng vursalar da, onlar gələnə qədər K.Nurullayev dünyasını dəyişib.
pia.az