Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Martirosyanı verib Dilqəmlə Şahbazı geri ala bilərikmi?


Zahid Oruc: “Bu iki məsələyə eyni hüquqi müstəvidə baxıla bilməz...”


2014-cü ilin iyulunda Kəlbəcərdə ermənilərin qətlə yetirdiyi Azərbaycan vətəndaşı Həsən Həsənovun dəfn olunmasından dünən bir il keçdi. Bu münasibətlə Həsən Həsənovun məzarı başında onun anım mərasimi keçirilib. Mərasimdə mərhumun doğmaları ilə yanaşı, onu tanıyan və tanımayan insanlar, ictimai-siyasi xadimlər iştirak ediblər.

Həsən Həsənovla birlikdə Kəlbəcərə valideynlərinin məzarını ziyarət etməyə gedən Dilqəm Əsgərov və Şahbaz Quliyev isə hələ də işğalçı Ermənistan tərəfindən girov saxlanılır. Bu bir ildən artıq müddətdə Azərbaycan hökumətinin onların azad olunması istiqamətində apardığı işlər hələ ki, müsbət nəticələnməyib. 

Son günlər isə sosial şəbəkədə bəzi vətəndaşlar tərəfindən belə fikirlər səslənir ki, Dilqəm Əsgərovu və Şahbaz Quliyevi azad edib gətirmək üçün hökumət bu ilin sentyabrında könüllü olaraq ailəsi ilə Azərbaycana gələn Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vahan Martirosyanı işğalçı ölkənin iqtidarına təhvil versin. Bu təkliflə çıxış edən insanların düşüncəsinə görə, Ermənistan prezidenti Serj Sərkisyan Bakıdan onu ifşa edən Vahan Martirosyanı almaq naminə Dilqəm Əsgərovu və Şahbaz Quliyevi girovluqdan azad edə bilər. 
Bəs, Azərbaycan hökuməti bu addıma gedə bilərmi, belə bir addımın atılmasına beynəlxalq konvensiyalar yol verirmi?

Milli Məclisin müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc bildirdi ki, Vahan Martirosyan və Dilqəm Əsgərov, Şahbaz Quliyev hadisələri nə hüquqi, nə də siyasi baxımdan eyni müstəvidə götürülə bilməz. Çünki Martirosyan öz ölkəsinin hakimiyyətinin cinayətlərinə qarşı protest eləyərək könüllü şəkildə Azərbaycana özünü təslim edib və Azərbaycanın ona sığınacaq verməsini istəyib, buradan da qazandığı tribunadan erməni gerçəkliklərini ortaya qoyub, siyasi hakimiyyəti ifşa edib. Bizim soydaşlarımız Dilqəm və Şahbaz isə Ermənistanın işğalında olan öz doğma kəndlərini məcburən gizli yollarla ziyarətə gedərkən əsir götürülüblər və bu gün də girovluda saxlanmaqdadırlar: “Martirosyan girov deyil, Azərbaycana sığınan ermənidir. Vahan Martirosyanın Dilqəm və Şahbazla dəyişdirilməsi təkliflərində beynəlxalq konvensiyalar gözlənilmir. Beynəlxalq konvensiyalar o halı tanımır ki, Azərbaycana könüllü keçən və öz dövlətinin siyasətini pisləyən şəxs öz ölkəsinə təslim edilsin. Biz Dilqəm Əsgərovla, Şahbaz Quliyevin azad olunmasının təmin edilməsinin yollarını axtarıb tapmalıyıq”. 

Deputat onu da qeyd etdi ki, Martirosyan kimi ermənilərdən Azərbaycan Qarabağın azad olunması üçün siyasi mübarizəsində istifadə etməlidir: “Əlbəttə ki, bizim ölkənin sərhədlərini bütün ermənilərin üzünə açmadan və bunu Qarabağ probleminin həlli modeli kimi təklif eləmədən hər zaman belə düşünmüşəm ki, təmas xəttini keçib bu yana gələn ermənilərdən də Azərbaycan öz torpaqları uğrunda mübarizədə istifadə etməlidir. Onlar siyasi mübarizənin müəyyən bir hissəsinə çevrilə bilərlər. 

Müəyyən mənada onlar kiçik bir təşkilati qrup yaradaraq ermənilərə Azərbaycanda digər vətəndaşlar kimi birgə yaşayış imkanı tanındığı mənzərəsini ortaya qoya bilərlər. Biz bilməliyik ki, Qarabağ ermənilərini Ermənistandan ayırmaq üçün bizim fərqli siyasətə ehtiyacımız var. Səngərdə dayanan erməniyə ciddi zərbə vurduğumuz kimi, sakit, qanuni prinsipləri tanıyan, ərazi bütövlüyümüzə hörmətlə yanaşan, Azərbaycanla normal münasibətlərə gedən ermənilərə də ikinci ayrı bir münasibəti göstərməliyik. Bu halda biz beynəlxalq aləmə təqdim edə bilərik ki, bizim problemimiz Azərbaycanı özünə düşmən sayan ermənilərlədir. Azərbaycan Martirosyanı Ermənistana təhvil versə, sabah Sərkisyan rejiminin terroru altında inləyən heç bir erməni bizim tərəfə keçməz”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar