Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Martin Şults partiya sədrliyindən istefa verib

Almaniya Sosial-Demokrat Partiyasının sədri Martin Şults istefa verib


“Report” TASS-a istinadən bildirir ki, o, bunu Berlində bəyan edib.

“Bu, mənim Sosial-Demokrat Partiyasının sədri vəzifəsində sonuncu müraciətimdir. Bu, bir çox hallarda çətin iş olub. Ancaq mən heç kimdən incimədən, heç kimə kin bəsləmədən bu vəzifədən gedirəm”, - deyə o, vurğulayıb.

Hamburqun burqomistri, Sosial-Demokrat Partiyası sədrinin müavini Olaf Şolts müvəqqəti olaraq təşkilata sədrlik edəcək.

M.Şultsun sözlərinə görə, partiyanın Almaniya parlamentindəki fraksiyasının sədri vəzifəsinə Andrea Nalesin namizədliyi irəli sürülüb.

Qeyd edək ki, Xristian Demokratlar İttifaqı (XDİ) və Xristian Sosial İttifaqı (XSİ) ilə Sosial-Demokratik Partiyası arasında koalisiya hökumətinin qurulması ilə bağlı imzalanan müqaviləyə əsasən, M.Şults XİN başçısı olacaqdı. Avropa Parlamentin keçmiş sədri, Sosial-Demokratik Partiyasının sədri Martin Şults partiyadaxili tənqidlərə görə, bu vəzifədən imtina edib.

Xatırladaq ki, Almaniyada koalisiya hökumətinin qurulmasında nazir portfelləri ilə bağlı razılıq əldə edilib. Məlumata görə, Maliyyə, Xarici İşlər, Əmək və Sosial İşlər nazirliklərinə Sosial-Demokrat Partiya başçılıq edəcək. İqtisadiyyat və Müdafiə nazirlikləri isə Angela Merkel blokunun ortağı Xristian Sosial İttifaqına veriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar